Audi və Porsche şirkətləri gələcəyin avtomobillərini birlikdə hazırlamaq niyyətindədirlər. Güclərini birləşdirlən hər iki brend elektromobil, pilotsuz avtomobillərin və rəqəmsal texnologiyaların işlənib-hazırlanması ilə məşğul olacaqdırlar.

Hələlik bu əməkdaşlığın xarakteri barədə ətraflı məlumat verilməmişdir. Yeganə məlum olanın, yaxın aylarda tərəflərin birgə çalışma sahələrini təyin edəcək və 2025-ci il üçün nəzərdə tutulmuş «yol xəritəsini» formalaşdıracaqlar. Əsas diqqət, gələcək modellərin ümumi arxitekturasının və komponentlərinin yaradılmasına yönəldiləcəkdir. 

Audi şirkətinin İdarə heyətinin sədri Rupert Ştadler bu layihədə hər iki istehsalçının «ən yaxşı ağıllarının» iştirak edəcəyini söyləmişdir. Eyni zamanda, Porsche şirkətinin rəhbəri Oliver Blyum hər iki brendin fərqlənməni gözləməli olduğunu bildirmişdir. «Porsche hər zaman Porschedir, və bu hər zaman belə olacaqdır», - Blyum qeyd etmişdir.