Audi və Volkwagen şirkətləri 600 min avtomobilə şamil edilən üç servis kampaniyası haqqında bəyanat vermişdirlər. Qeyd etmək lazımdır ki, geri çağrılan avtomobillərin hamısı Amerika Birləşmiş Ştatlarında satılmışdırlar.
Üç geriçağırma kampaniyasından ən irisi 342867 Audi avtomobillərini əhatə edir ki, bunların da sırasında A5, Q5,Allroad, A4 və A6 modelləri vardır. Bu avtomobillərdə soyutma mayesinin elektrik nasosunun defekti aşkar edilmişdir ki, bu da nasosun qızaraq alışmasına gətirib çıxara bilər. İstehsalçı artıq nasosun qaıması halında sistemin qidalanmasını kəsən proqram təminatını hazır etmişdir.
İkinci kampaniya 234054 ədəd 2011 - 2017-ci illədrə istehsal edilmiş Audi Q5 krossoverlərinə şamil edilmişdir ki, bu avtomobillərdə təhlükəsizlik pərdələri özbaşına işə düşə bilərlər. Krossoverin təchiz edildiyi panoram tavanın drenaj sistemindəki zədədir ki, bu da suyun təhlükəsizlik yastığının blokuna düşməsinə səbəb ola bilər. Bu qurğunun korpusunun paslanmasına və tədricən dağılmasına gətirib cıxara bilər.

5901 avtomobili isə Audi və Volkswagen birlikdə geri çağıracaqdırlar. Bunlar Audi A4, A6, A7, həmçinin VW Golf və Tiguan (2017-ci model ilinin bütün avtomobilləri) modelləridir ki, bu avtomobillərin ön təhlükəsizlik yastıqları və təhlükəsizlik pərdələri işə düşməyə bilər. 2017-ci model ilinin Audi A4, Allroad, Q7 və 2018 model ilinin Q5 avtomobillərində isə təhlükəsizlik kəmərlərinin sıxma mexanizmi işə düşməyə bilər.