Lukas di Qrassi, Oliver Carvis və Lyük Duval dünya dözümlülük çempionatının Bəhreyndə keçirilən altı saatlıq yarışda damalı bayrağı birinci keçərək Audi komandası üçün yaddaşlarda qalacaq qələbəni qazanmışdır.
Qeyd etmək lazımdır ki, 8 nömrəli sportprototipin heyəti komanda yoldaşları Benue Treluye, Marsel Fassler və Andre Lottereri qabaqlayaraq alman istehsalçısına WEC çempionatında sonuncu dublunu bəxş etmişdir. Podiumun üçüncü pilləsinə avtoidmanı tərk edən Mark Uebber də qalxmışdır. Avstraliyalının üzvü olduğu 1 nömrəli Porsche 919 Hybrid sportprototipinin heyəti damalı bayrağı üçüncü keçən heyət olmuşdur. Bununla belə, digər Porsche prototipinin Romen Dyuma, Mark Lib, və Nil Canidən ibarət heyəti altını yerdə finiş görməsinə baxmayaraq çempionatın qalibi olmuşdurlar. Beləliklə, Porsche komandası yenidən WEC üzrə çempion titulunu öz aktivinə yazmışdır. Bununla yanaşı LMP2 kateqoriyasında final dramatik şəraitdə keçmişdir. Bu kateqoriyada qələbəni Roman Rusinov, Rene Rast və Aleks Brandldan ibarət olan G-Drive Racing komandasının heyəti qazanmışdır.
Qeyd etmək lazımdır ki, bu heyət yarışı start xəttindəki 16-cı cərgədən başlamışdır. Beş saat yarımlıq mübarizədən sonra ikinci yerə çıxan heyət, yarışın bitməsinə 18 dəqiqiə qalmış Rene Rastın köməkliyi ilə RGR Sport komandasının pilotu Felipe Albukerkeni keçərək birinci sıraya yüksəlmişdir. Finişdə Oreca və Ligier avtomobillərini dörd saniyə ayırmışdır.
GTE Pro sinifində titul Niki Tim və Marko Sorensendən idarət danimarkalı heyətə qismət olmuşdur. GTE Am kateqoriyasında isə, Dalla Lana, Pedro Lami və Mattias Laudanın Aston Martin sportkarının partlayan mühərriki çempionluq titulunu üçüncü olaraq finiş görən AF Corse komandasının Fransua Perrodo, Emmanuel Kollar və Riu Aquaşudan ibarət heyətinə bəxş etmişdir.