Audi şirkəti yeni nəsil A3 modelinin sedan kuzovuna malik olan versiyasını təqdim edib. Məlum məsələdir ki, yeni sedan internetdə təqdim edilib: Audi şirkəti yeni sedanı Cenevrə avtosalonunda nümayiş etdirməyi planlaşdırsa da,avtosalonun ləğv edilməsi inqolştadtlaılarıb planlarını alt-üst edib.
Audi A3 sedanı bir müddət bundan əvvəl debüt etmiş A3 Sportback hetçbekinin demək olar ki, bənzəridir – yəni, hər iki model orta dirəklərə qədər eynidir. Sedanın arxa hissənin tamamilə yeni dizaynı əldə edib. Əlbəttə ki, arxa hissənin dizaynı böyük dördqapılı modellərin müəyyən etdiyi ənənələrə ciddi şəkildə riayət olunmaqla hazırlanıb. Eyni zamanda, mühəndislər sedanın aerodinamikasını optimallaşdırmağa müvəffəq olublar. Sedanın aerodinamik müqavimət əmsalı 0,25-ə bərabərdir ki, bud a, sələfində olduğundan 0,04 daha yaxşıdır.
Avtomobil ölçüləri də bir qədər dəyişib. Sedan actual hetçbekdən 150 millimetr, əvvəlki nəsil sedandan isə 40 millimetr uzun olsa da, təkər bazası dəyişməyib. Nə qədər qəribə olsa da, baqaj həcmi də dəyişilməyib - 425 litr (hetçbekdə - 380 litr) . Digər istiqamətlərdəki artım cüzi xarakter daşıyır: yeni sedanın eni 20 millimetr, hündürlüyü isə 10 millimetr artıb. Audi oturacaqlarin əvvəlkindən bir qədər aşağı “düşdüyünü” və ön sərnişinlərin başlarının üzərindəki məkanın 2 santimetr artdığını iddia edir.
Sedanın interyeri Audi A3 Sportback modeli ilə eynidir və əsasən sürücüyə istiqamətlənirilib. Modelin standart təchizatına multimedia sisteminin 10,1-düymlük disöleyi və 10,25-düymlük virtual cihazlar paneli daxil edilib. Əlavə ödənişlə, 12,3-düymlük cihazlar panelini və proyeksiya displeyini sifariş etmək olar.
Əvvəlkindən 10 dəfə güclü proqram təminatına malik olan multimedia sistemi bir çox onlayn xidmətlərə daxil olmağa, Wi-Fi nöqtəsi vasitəsi ilə internetə bağlanmağa, Apple CarPlay və Android Auto tətbiqlərindən istifadə edərək smartfonlarla qarşılıqlı əlaqə yaratmağa imkan veirir. Bundan başqa, Amazon Alexa səs köməkçisi də mövcuddur. Hətta, Audi connect key düyməsindən də bəhs edilir – bu halda açarı smartfonla əvəzləmək mümkündür. Sürücü köməkçilərinin siyahısı da genişləndirilib ki, onların cəmi 2-ci səviyyəli avtopilotu təşkil edir.
Satışların başlanğıcında Audi A3 sedanı üç mühərrik seçimi ilə təklif ediləcəkdir. Baza versiyası 150 at qüvvəli 1,5-litrlik turbomühərrik və 6-pilləli mexaniki transmissiya ilə təchiz edilən 35 TFSI modifikasiyası olacaqdır. “Robot” ilə təchiz edilən modifikasiyada eyni mühərrik 48-voltluq startyor-generatoru ilə birlikdə əlavə 50 Nm-i təmin edəcəkdir. Bundan əlavə, sedan eyni gücə malik olan 2,0-litrlik dizel mühərriki ilə təklif ediləcəkdir. Bu modifikasiya yalnız “robot” ilə təchiz olunacaqdır.
Bir qədər sonra, satışa daha əlçatan sedanlar çıxacaqdırlar. Bunlar, 116 at qüvvəli 2,0-litrlik dizel mühərriki və 110 at qüvvəli 1,0-litrlik üçsilindrli turbomühərriki ilə təchiz edilmiş sedanlar olacaqdır. Sonuncu mühərrik, eyni zamanda, 7-pilləli robotu olan "yumşaq" hibrid versiyasında da təklif ediləcəkdir. Gələcəkdə sedanın tam ötürməli hibrid versiyaları, "qaynar" S3 və “bərkgedən” RS 3 modifikasiyaları da debüt edəcəkdir. “Qaynar” modellərin, müvafiq olaraq, 310 və 400 at qüvvəli turbomühərrikləri təchiz ediləcəkləri ehtimal olunur.
Şassiyə gəldikdə isə, satışların başlanğıcında Audi asqını seçmək imkanı da təqdim edəcəkdir. Eyni zamanda, dəst ənənəvi olaraq qalır - standart yaylı, idman versiyası və adaptiv amortizatorları olan versiya. Eyni zamanda, şirkət sedanın daha rahat və idarəetmədə daha dəqiq olduğunu qeyd edib. Bundan başqa, Audi Drive Select sistemi, fərqli rejimlərdə dempferləmə elementlərinin tənizmləmələri arasında daha nəzərəçarpan fərqlərin olmasını təmin edir.
Avropadakı dilderlər yeni Audi A3 sedanına sifarişləri bu ayın sonunda qəbul etməyə başlayacaqdırlar. Avtomobilin satışlarına yayda start veriləcəkdir. Audi A3 35 TFSI modifikasiyası - 29,800, üçsilindrli mühərriki olan sedan isə, 27.700 avrodan başlayan qiymətlər ilə satılacaqdırlar.