Audi şirkəti yeni nəsil R8 kupesinin arxaçəkişli variantının qiymətini açıqlayıb. Qiyməti 144 min avrodan başlayan axraçəkişli Audi R8 modeli quattro sistemi ilə təchiz edilmiş sportkardan 22 min avro ucuzdur. Sportkar kupe və rodster kusovları ilə təklif ediləcəkdir.
Mono ötürməyə keçid avtomobilin çəkisini azaltmağa imkan verib: kupenin çəkisi 1595 kq, rodster isə 1695 kq təşkil edir. Bu, Audi R8 quattro modellərində olduğundan 65 və 55 kq azdır. Yeni modifikasiya üçün 5,2-litrlik V10 mühərrikinin gücünü 570 at qüvvəsindən 540 at qüvvəsinə qədər azaldılıb.
Güc aqreqatı iki muftalı 7-pilləli “robot” və differensialın mexaniki qapadılması ilə tandemdə çalışır. Audi R8 RWD kupesi 100 km/saat həddinə 3,7 saniyəyə, rodsteri ilə 3,8 saniyəyə sürətlənir. Maksimal sürət həddi müvafiq olaraq 320 və 318 km/saat təşkil edir.
Audi əvvəllər də R8 modelinin arxaçəkişli variantını təklif edib. Əvvəlki nəsildən olan arxaçəkişli sportkarlar 999 nüsxəlik məhdud saylı tirajla buraxılıb. Yeni nəsildən olan modelin sayına məhdudiyyət qoyulmayıb.