Adi Audi Q5 krossoveri üçüncü nəslə payızın əvvəlində qədəm qoyub - bu modernləşdirmə son səkkiz ildə aparılmış ilk belə irimiqyaslı təkmilləşdirmə olub. İndi isə, növbə Audi Q5 Sportback və “bərkgedən” Audi SQ5 Sportback kross-kupelərinə gəlib çatıb.
Audi Q5 Sportback və Audi SQ5 Sportback modelləri standart Audi Q5 krossoveri ilə eyni ssenariyə uyğun olaraq yeniləniblər: onlar tünd gümüşü Scandium Grey rəngindəki böyük pətəkləri olan yeni radiator barmaqlığına, fərqli “işıq imzasına”, stop-siqnalın nazik zolağı ilə birləşdirilən daha ensiz arxa işıqlara malikdirlər.
Audi Q5 Sportback
Sportback versiyaları boz dekor elementləri ilə seçilirlər: məsələn, aşağı xətt Tambora Grey, diffuzor – tünd-boz tutqun, arxa örtmələr isə, gümüş Selenite Silver rəngdədir. Krossoverlər standart olaraq 18-düymlük təkər diskləri ilə təchiz olunurlar.
Audi Q5 Sportback, adi Q5 kimi, Premium Platform Cobustion (PPC) platformasında inşa olunub - bu, MLB Evo platformasının təkmilləşdirilmiş versiyasıdır və artıq A5 ailəsi bu platformaya keçib.
Audi SQ5 Sportback
Avropa çeşidinə yalnız əlavə 24 at qüvvəsini təmin edən 48 voltluq elektrik sisteminə malik olan yumşaq hibridlər (MHEV) daxildir. Güc aqreqatları alternativi olmayan iki muftalı yeddi pilləli S tronic “robotu” ilə tandemdə çalışırlar.
Baza mühərriki 204 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikdir. Başlanğıc səviyyəli krossover ön ötürməlidir, tam ötürmə sistemi isə, əlavə ödəniş müqabilində əlçatandır.
Bir pillə yuxarıda, 204 at qüvvəsi və 400 Nm hasil edən 2,0-litrlik mühərriki olan tam ötürməli versiya yerləşir. “Bərkgedən” Audi SQ5 Sportback modeli isə, 367 at qüvvəsi və 550 Nm hasil edən 3,0-litrlik V6 TFSI mühərriki ilə təchiz edilir.
Hər iki kross-kupeyə sifarişlərin qəbuluna dekabr ayında başlanacaq, tədarüklər isə, 2025-ci ilin əvvəlinə planlaşdırılır. Qiymətlər 54,8 - 85,4 min avro arasında dəyişəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.