Audi şirkəti öz yığcam modelləri üçün allergik reaksiyalara yol açan hissəcikləri neytrallaşdıran salon filtrləri işləyib-hazırlamışdır. Yeni filtrlər avtomobillərə iyun ayından başlayaraq quraşdırılacaqdırlar. Audi mütəxəssisləri üç qatdan ibarət olan iki növ filtrlər işləyib-hazırlamışdırlar. Birinci filtrin xarici qatı polifenol, ikinci filtrinki isə proteinin modifikasiyası ilə emal edilmişdir. Audi şirkətindən yeni filtrlərinin effektivliyinin SGS Fresenius və Fiatec GmbH təşkilatları tərəfindən aparılmış müstəqil testlər ilə təsdiqləndiyini bildirmişlər.
Yeni filtrlər ilə Audi A1, A3, Q2 və TT modelləri təchiz ediləcəkdirlər. Artıq müştərilərin mülkiyyətinə keçmiş avtomobilləri bu filtrlərlə növbəti servis xidməti zamanı təchiz etmək olar. Audi Q2 krossoverləri bu filtrləri artıq konveyerdə alacaqdırlar.
Bir müddət bundan öncə, Tesla şirkəti Model X və yenilənmiş Model S elektromobillərinin təqdimatı zamanı bu modellərdə tətbiq edilən HEPA filtrlərinin fövqalədə dərəcədə effektiv olduğunu bildirmişdirlər.
HEPA filtrləri digər avtomobillərdə tətbiq edilən analoqlarından 10 dəfə böyükdür. Onlar adi filtrlərə nisbətən bakteriyalarıdan müdafiəni 300 dəfə, allergenlərdən - 500 dəfə, smoq və viruslardan isə 700-800 dəfə daha artıq təmin edir. Şirkət nümayəndələrinin iddiasına görə, HEPA filtrləri avtomobillərin sərnişinlərini bioloji silahdan belə qorumağa qadirdirlər.