Audi e-tron və e-tron Sportback elektrokarlarının top versiyalarının dəstəklədiyi maksimal cərəyan yükləmə səviyyəsi 150 kilovat ilə məhdudlaşır. Bu göstəriciyə görə, İnqolştadt markası bəzi rəqiblərindən geri qalır. Belə ki, ən yeni Tesla Model3 elektrokarıı 250 kilovatlıq yükləməni dəstəkləyir, Porsche şirkəti isə, Taycan modelinin 350 kilovatlıq cərəyandan istifadə edərək yüklənə biləcəyini söyləyib.
Sanki bu məsələdə geridə qalmış kimi görünmək istəməyən Audi, təklif etdiyi elektrik modellərinin rəqiblərdən daha sürətlə yüklədiyini sübut edən mətbuat açıqlaması ilə paylaşıb. İş ondadır ki, batareya hər zaman güclü cərəyanı qəbul etməyə hazır deyil. Batareyanın doldurulması zamanı baş verən kimyəvi proseslər onun qızmasına gətirib çıxarır və nəticədə elektronika enerji yüklənməsini məhdudlaşdırır və yükləmə müddəti artır.
Audi şirkəti bilərəkdən yükləmə gücünü 150 kilovat ilə məhdudlaşdırıb, çünki daha böyük gücün batareyanın həddindən artıq qızmasına səbəb olacağı müəyyən edilib. Nəticədə, Audi e-tron 55 modelinin batareyasının 5 faizdən 70 faizə qədərini maksimum güclə dolmaq mümkündür və yalnız bundan sonra enerjinin verilməsi azalmağa başlayır.
Audi e-tron elektrokarının batareyasınınn minimal 5 faizdən 100 faizə qədərinin tam yüklənməsi 45 dəqiqə çəkir. Doğrudur, Audi bunun yalnız ideal hava şəraitində mümkün olduğunu qeyd edir. Xatırladaq ki, litium-ion batareyaları da, ətraf mühitin, insanların sevdiyi ilə eyni olan temperaturunu sevirlər. İstidə və ya soyuqda onlar mükəmməl davranmaya bilərlər.
Müqayisə üçün, bizə "rəqiblərdən birinin” (Tesla elektrokarının qrafikinə bənzəryən) qrafikini nümayiş etdirirlər. Qrafikdə gücün ən yüksək həddi 200 kilovata çatır, lakin 15% yükləndikdən sonra güc 150 kilovatdan aşağı düşür, nəticədə tam yükləməyə 45 dəqiqə deyil, bir saat sərf edilir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Audi e-tron modelinin birbaşa rəqib olan Tesla Model X elektrokarında batareyanın faydalı tutumu 100 kilovat-saat təşkil edirsə, alman avtomobilində bu göstərici 86,5 kilovat-saatdır. Beləliklə, əgər qrafikdəki rəqib həqiqətən də Model X modelidirsə, o zaman o, yükləməyə istifadə edilən əlavə 15 dəqiqəni əlavə 13.5 kilovat-saat ilə kompensasiya edir.