Aurus markasından olan lyuks avtomobillərin iki illik istehsal tirajı qabaqcadan satılıbdır. Bu barədə Sollers şirkətinin rəhbəri Vadim Şevtsov Vestifinans forumunda bildirib. Bununla belə, top menecer hansı sayda avtomobilin sifariş edilidyini dəqiqləşdirməyib.
"Böyük qürur hissi ilə söyləyə bilərəm ki, 2019 və 2020-ci illərdə Aurus avtomobilini almaq mümkün deyildir, çünki biz iki illik sifarişi qəbul eymişik. Bu Rusiyada istehsal edilən lyuks sinifindən olan avtomobillərə böyük marağın göstəricisidir", - RİA Novosti agentliyi Şevtsovdan sitat gətirib.
Aurus "Kortej" layihəsindən olan lyuks avtomobilləri ailəsinin adıdır. Vahid modul platformasında inşa edilən avtomobilər Rusiya dövlətinin birinci şəxsləri üçün nəzərdə tutulubdur. Layihədə limuzin, sedan və minivenin buraxılması вф nəzərdə tutulur. Aurus avtomobillərinin açıq satışına 2019-cu ilin əvvəlində başlanmalıdır.
Hazırda Aurus modellərinin istehsalı ilə Soller şirkəti ilə NAMİ birlikdə məşğul olurlar. İstehsalçı ildə 300 ədəd avtomobil buraxmağı planlaşdırıb. Bütün Aurus modelləri tərkibinə 600 at qüvvəli 4,4-litrlik V8 mühərrikinin, elektrik motor-generatorunun və doqquz diapazonlu avtomatik ötürmələr qutusunun daxil olduğu hibrid güc aqreqatı ilə təchiz edilir.
Modelin Rusiyadakı satış qiyməti 10 milyon rubl (258 min manat) təşkil edəcəkdir.