Keçən həftə İnternet şəbəkəsində Aurus markasından olan kabrioletin şəkli yayılıb. Kamuflyaja börülmüş iki avtomobilin şəkilləri Manejnıy meydanında çəkilibdir. Avtomobillərin 9 May paradının məşqlərində iştirak ediblər.
Aurus kabrioleti hazırda Rusiyada istifadə edilən mərasim kabrioleti ZİL-41041 AMQ avtomobilini əvəzləyəcəkdir. Kabrioletin xarici görkəmi Senat S600 modelinə bənzər olmalıdır. Aurus kabriloetinin modelinin sərbəst satışa çıxarılacağı da istisna olunmur.
Texniki cəhətdən dəyişiklik olmayacaqdır. Açıq kuzovlu Aurus tərkibinə 598 at qüvvəis və 880 Nm fılanma anı hasil edən 4,4-litrlik V8 mühərriki, 40 at qüvvəli elektromotor və doqquz pilləli avtomatik qutunun daxil olduğu hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Belə qurğuya malik olan sedan 100 km/saat həddinə 6,0 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir.