Concorso d’Eleganza Villa d’Este zəriflik müsabiqəsində yenidən həyata qaytarılmış Austro-Daimler markasının ilk modeli nümayiş etdirilib. Bergmeister ADR Shooting Grand adlandırılmış model şutinq-breyk kuzovuna və qoşulan hibrid güc qurğusuna malikdir. Avtomobil elektrik ötürməsi ilə 250 kilometr qət edə bilər.
Austro-Daimler Bergmeister ADR 630 Shooting Grand modelinin dizaynı 1931-1934-cü illərdə buraxılmış eyni adlı tarixi modeldən ilham alınaraq yaradılıb. Yeni model original şutinq-breyk kimi uzun kapota və alın şüşəsinın davamı olan dama, həmçinin yan pəncərənin enşli xəttinə sahib olub. Ümumilikdə, avtomobilin dizaynı sanballı və minimalistikdir. Avtomobilin dizaynı üzərində Indeenion Design studiyasının mütəxəssisləri, Lorents Lyov və Roland Ştal işləyiblər.
Projekt Austro Daimler layihəsinin və Bergmeister ADR 630 Shooting Grand yaradıcısı Roland Ştal
Bergmeister ADR 630 Shooting Grand modelinin əsasını alüminiumdan hazırlanmış məkanvari rama təşkil edir. Avtomobilin çəkisi 1650 kiloqramdır. SERIPA adlandırılmış hibrid qurğu altısilindrli mühərrik və üç elektrik aqreqatından ibarətdir. Hibrid qurğunun ümumi hasilatı 1198 at qüvvəsi və 1600 Nm-dir. Bergmeister ADR 630 Shooting Grand yerindən 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir.
Yol şəraitindən asılı olaraq, avtomobil 30 hərəkət profilindən birinə keçə bilər. Lakin, bu sistem haqqında ətraflı məlumat verilməyib. Hibridin batareyası 150 kilovatlıq doldurmanı dəstəkləyir və DYM işə salmadan 250 kilometr (WLTP) qət etməyə imkan verir. Şutinq-breykin ümumi yürüş məsafəsi 1000 kilometrdir.
Austro-Daimler Bergmeister ADR 630 Shooting Grand modeli haqqında ətraflı məlumat yaxın zamanlarda veriləcəkdir. Avtomobilin məhdud saylı tirajla buraxılacağı ehtimal edilir. Şutinq-breykin qiyməti səsləndirilməyib, lakin avtomobilin kolleksiya statusunu nəzərə alsaq bu məbləğin kifayət qədər böyük olacağından şübhə etməmək olar.