Bir müddət bundan öncə yeni nəsil Grandeur modelinin təqdim edildiyi barədə məlumat vermişdik. Adətən yeni nəslin buraxılışı elan edildikdən sonra anbarlarında cari model olan dilerlər qiymətlər endirimlərinə əl atırlar. Bu günlərdə “Auto Azərbaycan” şirkəti də Hyundai Grandeur modelinin Comfort 2.4 və Prestige 3.0 versiyalarında endirimləri elan etmişdir.
Belə ki, Hyundai Grandeur modelinin 2.4-litrlik mühərriklə təchiz edilmiş versiyasına 2300 manat, 3.0-litrlik V6 mühərriki ilə hərəkətə gələn versiyasına isə 2600 manat endirim edilib.
Bu endirimlər, avtomobil alarkən “qiymət-kefiyyət” balansını axtaranlar üçün maraqlı ola bilər. Endirimlərdən sonra Hyundai Grandeur Comfort 2.4 modifikasiyası 45700 manata, Prestige 3.0 modifikasiyası isə 49000 manata təklif olunur.
Xatırladaq ki, Hyundai Grandeur modelinin altıncı nəslinin buraxılacağı elan edildikdən qısa bir müddətdə yeni modelə olan yüksək tələbat qeydə alınmışdır.
Belə ki, Cənubi Koreyalı istehsalçı 15973 əvvəlcədən sifariş almışdır. Yeni model öz vətənində 190 at qüvvəli 2,4-litrlik dörd silindirli, 270 at qüvvəli 3,0-litrlik V6 benzin mühərrikləri və 202 at qüvvəli 2,2-litrlik turbodizellə təklif olunur.
Korporativ müştərilərə 235 qüvvəli 3,0-litrlik qazla işləyən bilən V6 mühərrikini də seçmək imkanı verilmişdir. Cənubi Koreyada yeni Grandeur 26,2 milyon (38350 manat) vondan başlayan qiymətlərlə satılacaqdır.