Hollandiya mənşəli Autobog nəşri 1967-ci ilin Porsche 911 R modelinə həsr edilmiş xüsusi 911 modelinin şəkillərini əldə etmişdir. Yeni avtomobil Porsche 911 GT3 modelindən alınmış 475 at qüvvəli 3,8-litrlik altı silindirli atmosfer mühərriki ilə təchiz ediləcəkdir. Porsche 911 R modelinin rəsmi təqdimat mərasimi sabah işinə başlayacaq beynəlxalq Cenevrə avtomobil sərgisində keçiriləcəkdir. 50 illik yubileyə həsr edilmiş avtomobilinin güc aqreqatı, GT variantında olduğu kimi 7 diapazonlu PDK ilə deyil, altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir.
Porsche 911 R modelinin çəkisi 911 GT3 superkarından az olacaqdır ki, sonuncunun ağırlığı 1430 kiloqram təşkil edir. Bundan əlavə. yeni avtomobil iri arxa antiqanaddan məhrum olacaq və yeni diffuorla təchiz ediləcəkdir. Qeyri-rəsmi məlumatlara görə, Porsche şirkəti 911 R modelinin istehsalını 600 - 800 ədəd araısnda məhdudlaşdırmaq fikrindədir.
Söylənilənlərdən aydın olur ki, sportkarın dəyəri 160 min avrodan az olmayacaqdır. Onu da qeyd etmək lazımdır ki, avtomobilin bütün tirajı artıq satılmışdır.