«Autograph» online dərgisinin təsisçisi və rəhbəri Ramin Musayev 107.7 FM - Avto FM radiosunda efirə gedəcək və avtomobil həvəskarların diqqətini cəlb edəcək «Qaraj» proqramının iştirakçılarından biri olacaqdır. Bu barədə saytımıza xəbəri Ramin Musayev şəxsən bildirmişdir. Yeni programın yayını bu gündən başlayır və ilk verliş saat 16-00 efirə gedəcəkdir. Proqram həftə içi hər gün yayımlanacaqdır. Yeni verlişi tanınmış aparıcı Cavid Osmanovun təqdimatında dinləyə biləcəksiniz. «Qaraj» proqramında avtomobil həvəskarlarını maraqlandıran bir sıra mövzular müzakirə olunacaqdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, proqrama ekspert qismində «Avtograph» jurnalının təsisçisi, eyni zamanda tanınmış bloqer olan Ramin Musayev və digər peşəkar avtomobil mütəxəssisləri də qatılacaqlar. Avtosevərlərə avtomobilə aid qulluq, baş verə biləcək nasazlığı aradan qaldırmaq üçün məsləhətlər, avtomobillərin tüninqi, avtoservislərlə bağlı məsləhətlər, eləcə də avtomobil həvəskarlarını maraqlandıran ən vacibe məsələlərə toxunulacaq.

Xatırladırıq ki, «Qaraj» proqramı 29 fevraldan başlayaraq həftə içi saat 16.00-dan 18.00-dək təqdim olunacaq.