Ədatən "Autograph" komandası sizi Paris, Frankfurt, Detroyt və Cenevrə kimi nüfuzlu avtomobil sərgilərindən reportajları ilə tanış edir. Bu dəfə isə, dərgimiz bizim oxucular üçün ənənəvi olmayan digər bir sərgidən hazırladığı materialla tanış edəcəkdir. Söhbət İtaliyanın Bolonya şəhərində keçirilmiş Autopromotec 2017 sərgisindən gedir.

Beynəlxalq avadanlıq və nəqliyyat sənayesi xidmətləri sərgisi olan «Autopromotec» sərgisi iki ildən bir Bolonyada keçirlir. İtaliya Ticarət Agentliyinin dəvəti ilə qatıldığımız bu sərgi sayca iyirmi yeddincidir. Doğrusu, ilk dəfə qatıldığımız üçün sərginin məqsədləri və sərgilənəcək avadanlıqlar bizim üçün böyük maraq kəsb edirdi. Qeyd etmək lazımdır ki, BolognaFiere ekspozisiya mərkəzində keçirilən sərgidə 53 ölkədən olan 1651 şirkət öz məhsul və xidmətlərini təklif etmişdir.

Sərgidə iştirak edən şirkət və firmaların 43 faizini xarici ölkələrin təmsilçiləri təşkil edirdi. Yerli istehsalçılar ilə yanaşı sərgidə Çindən, Almaniyadan, Böyük Briytaniyadan, Tayvan, İspaniya, Polşa, Fransa, ABŞ və Niderlanddan olan şirkətlər təmsil olunmuşdurlar.

Autopromotec 2017 sərgisində əsasən avtomobil servisləri üçün avadanlıq, geniş çeşiddə ehtiyat hissələri, təkər istehsalçılarının məhsulları və yeni elektron sistemlər nümayiş etdirilir.

Bildirmək istəyirik ki, 50 ildən artıqdır ki, keçirilən bu sərgidə Azərbaycan şirkətlərindən və media nümayəndələrindən ibarət nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətində Gəncə avtomobil zavodunun, Cristal Motors şirkətinin, Active Group və Araz Motors şirkətlərinin təmsilçiləri vardır.

Yerli mətbuatı Autograph və The M.O.S.T. dərgisinin jurnalistləri təmsil edir. İlkin olaraq, sərgiyə dəvət almış jurnalistlər sərgi təşkilatçılarının təşkil etdiyi mətbuat konfransında iştirak etdilər.

Təşkilatçılar xidmət sahəsində və ümumilikdə avtomobil bazarında olan tendensiyalar barədə iştirakçıları məlumatlandıraraq, bu sahənin gələcək inkişaf planları haqqında danışdılar. Məlum olduğu kimi, xidmət sahəsi avtomobil şirkətlərinin nümayəndəlikləri üçün ən vacib sahələrdən biridir və avtomobil satışından sonrakı mərhələdə böyük əhəmiyyətə malikdir.

Sərgidə iştirak edən irili-xırdalı müəssilələr özlərinin ən müasir avadanlıqalrını, ehtiyat hissələrini, lak-boya nümunələrini və xidmətlərini geniş şəkildə nümayiş etdirməyə çalışıdılar.

Doğrudur, bu növ sərgilər daha çox ehtiyat hissələri ilə ticarət edən və ya dilerlərin servis xidmətləri üçün daha maraqlıdır. Lakin, sərgi müddətində geniş ziyarətçi kütləsinin arasında bu sahəyə aid olamayan şəxslər də çox idi.

Qeyd etmək gərəkdir ki, Bolonyadakı pavilyonların ən möhtəşəmi ZF, Brembo, Denso, Pirelli, Magnetti Marelli kimi nəhənglərin stendləri olan 16-cı pavilyon idi. Maraqlı eksponatlarla yanaşı, burada ziyarətçilər üçün təşkil edilmiş əyləncələr də vardı. Bunlara misal olaraq, pavilyonlarda quraşdırılmış Formula 1 simulyatorlarını göstərmək olardı. Digər tərəfdən, açıq meydançalarda iki yük avtomobilindən tutmuş yığcam Fiat 500 avtomobillərini sınaqdan keçirmək olardı.

Belə meydançaların birində müasir Volvo S90 və XC90 avtomobillərinin iştirakı ilə müasir təhlükəsizlik sistemlərinin nümayişi də təşkil edilmişdir. Məşhur Ferodo firması isə, istehsal etdiyi ekoloji (!) əyləc sisteminin fəaliyyətini nümayiş etdirmək üçün iki ədəd Fiat 500 hetçbekini ayırmışdlr. Hətta pavilyonların birində stendlərini qurmuş yağ istehsalçılarının stendlərində Ferrari və Red Bull bolidlərini görmək də mümkün idi. Burada MotoGP üzrə məşhur dünya çempionu Valentino Rossinin də baykına rast gəlmək olardı. 

Sərgidə italiyadan olan bir sıra tüninq firmaları da öz xidmətlərini nümayiş etdirirdilər. Tüninq ustaları elə stendə dayanmış avtomobilin üzərində gördükləri işi nemayiş etdirirdilər. Əlbəttə ki, şin və disk istehsalçılarının stendləri də maraqlı eksponatları ilə ziyarətçilər cəlb edirdi. Qeyd etmək lazımdır ki, Autopromotec sərgisində iştirak edən nümayəndələrimiz yerli və xarici istehsalçıların nümayəndələri ilə çoxsaylı görüşlər keçirərək gələckdə Azərbaycan bazarını kefiyyətli ehtiyat hissələri və avadanlıqları ilə təmin etmək üçün yaxşı baza yaratmış oldular.

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt