Changan və Huawei tərəfindən yaradılmış yeni model yaxın zamanlarda satışa çıxmalıdır. Çin nəhənglərinin təsis etdiyi yeni brend ötən ilin dekabrında Avatr 06 biznes sedanının eksteryerini nümayiş etdirib, indi isə, onun interyer şəkilləri dərc olunub. İnteryer digər Avatr avtomobillərindəki kimi ultramüasirdir, beş displeyə və sükan-şturvala malikdir. Çində Avatr 06 modelinin satışlarına bu ilin ikinci rübündə start verilməlidir.

Beş displeyli ultramüasir interyer

İnteryer digər Avatr modelində tətbiq olunan düstura uyğun olaraq tərtib edilib. Ön tərəfdə qabaqcıl cihazlar paneli kimi çıxış edən uzun 35,4-düymlük displey var. Mərkəzdə multimedia sisteminin 15,6-düymlük planşeti yerləşdirilib. Yan tərəflərdəki daha iki ekran yan güzgüləri əvəzləyən kameralardan alınan görüntüləri nümayiş etdirir. Alın şüşəsinin yuxarısında beşinci ekran - rəqəmsal arxa görüntü güzgüsü asılıb.

Multimedia sisteminin 15,6-düymlük planşeti

Mərkəzi tuneldə qacetləri doldurmaq üçün quraşdırılmış bölmələr, bir cüt stəkan tutacağı və kiçik əşyaların saxlanması üçün gizli qutu var. Transmissiyanın selektoru sükan sütununda yerləşir. Qapı panellərində tutacaqlar yoxdur, onlar düymələrlə əvəz olunublar.

Avatr06 uzunluğu 4855 millimetr olan orta ölçülü sedandır. O, 11 krossoverindən bir qədər qısadır. Təkər bazasının ölçüsü 2940 millimetr təşkil edir

06 iki versiyada təklif olunacaq - sırf elektrik və hibrid. Birinci arxa ötürməli versiyada  338 at qüvvəsi, tam ötürməli versiyada isə, 590 at qüvvəsinə malik olacaq. CATL şirkətinin 72,9 kilovat/saatlıq batareyası Çinin CLTC dövrünə əsasən 600-650 kilometrlik yürüş məsafəsini təmin edəcək.

Image alt Image alt Image alt Image alt Image alt

EREV hibrid versiyası 154 at qüvvəli 1,5-litrlik turbomühərrik və arxa oxda quraşdırılmış 310 at qüvvəli  elektrik mühərriki ilə təchiz ediləcək. CATL hibrid sedanı 31,7-45,06 kilovat/saatlıq batareyalarla təmin edəcək. Elektrik dartması ilə qət edilən məsafə 170-240 kilometrdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.