Bombardier Challenger 350 modeli son 10 ildə satış uğurları əldə etmiş Challenger 300 təyyarəsinin əvəz edib. 2003-cü ildə debüt edən Challenger 300 modeli ilk növbədə bu sinifin lideri olan Gulfstream G200 modelini taxtından endirmişdi. O, nəinki daha müasir olmaqla yanaşı, həm də daha əlçatan idi. 300 modelinin əsas üstünlükləri güclü mühərrikləri, iri qanadları və çevikliyi idi. Bununla yanaşı, o, digər cəhətlərdən də - qitələrarası uçuş məzili, rəvan döşəməsi, səkkiz sərnişini qəbul edən salonu, uçuş zamanı baqaj bölməsinə giriş və "dəmir-beton" etibarlılığı kimi cəhətləri ilə rəqibindən geri qalmırdı.
Əgər Challenger 300 modelində oval formalı illüminatorlar quraşdırıb, ona yüksək qiymət təyin etsəydilər, hamı cetin Monrealdan deyil, Corgia ştatındakı Savanna şəhərindən olduğuna qərar verərdi.
Bombardier təyyarəsinin satışları dərhal rekordlar qırmağa başladı, çünki o vaxt rəqabət şərti idi. Beləliklə, salon ölçüsü baxımından ən yaxın rəqib - Gulfstream G200, uçuş performansı baxımından geridə idi. UTX cəhətdən potensial rəqib Hawker 4000 ola bilərdi, ancaq bu təyyarə əslində, illərlə davam edən "uşaqlıq xəstəlikləri" səbəbindən yarışdan çəkilmişdi. Dassault Falcon 50EX modelinə gəlincə, kanadalı cet əməliyyat xərcləri baxımından fransız rəqibini qabaqlayırdı.
Ümumiyyətlə, demək olar ki, on il ərzində Challenger 300 orta və super orta siniflərində lider idi, çünki başqa heç bir təyyarə salon rahatlığının, performansın, istismar xərclərinin və etibarlılığının belə ahəngini təklif edə bilmirdi. Müştərilər təyyarəyə pul kisələri ilə səs verirdilər: 2014-cü ilin ortalarına qədər Bombardier 450 ədəddən çox Challenger 300 təyyarəsini satmış və müştərilərinə çatdırmışdı.
Ancaq bu müddət ərzində bazar çox dəyişmişdi. Artıq superorta seqmentdə sıxlıq yaranmışdı. Daha yüksək texnologiyalı modellər, məsələn, Embraer Legacy 500, Gulfstream G280, eləcə də əsaslı təkmilləşdirmədən keçmiş Cessna Citation Sovereign + və Citation X kimi yenilənmiş modellər Challenger 300 cetinin yerini daraltmağa başlamışdılar.
Belə ciddi rəqabət Kanada istehsalçısını Challenger 300 modelinin varisi haqqında düşünməyə vadar etdi. Vəziyyəti ehtiyatla qiymətləndirən Bombardierrəhbərliyi, Challenger 300 modelinin başqa modellə əvəzlənməsinin məqsədəuyğun olmadığını, bunun əvəzinə operatorların istəklərini həyata keçirməyə qərar verdilər. Mühəndislər Challenger 300 modelini təkmilləşdirilmiş avtonika, daha güclü mühərriklər, daha səmərəli vinqletləri və müasir salon avadanlıqları olan yeni modelə çevirdilər. Modelin maksimal uçuş çəkisi 794 kiloqram artırıldı, digər çəki parametrləri də müştərilərin istəklərinə yaxınlaşdırıldı.
Nəticədə, demək olar ki, hər sahədə əvvəlkindən daha üstün olan və 1,68 milyon dollarlıq qiymət fərqi ilə seçilən Challenger 350 modeli ortaya çıxdı. Təyyarənin ilk uçuşu 2 Mart 2013-cu il tarixində reallaşdı.
Yeni təyyarənin ilk sifarişçisi, 7.3 milyard dollarlıq müqavilə imzalayaraq 75 ədəd Signature Series eksklüziv təchizat səviyyəsinə malik olan təyyarələri sifariş edən NetJets operatoru oldu. Təəccüblü deyil ki, NetJets şirkətinin tələbləri təyyarələrin performansına və salon konfiqurasiyasına əhəmiyyətli dərəcədə təsir göstərdi. Belə konfiqurasiyaya malik olan Challenger 350 digər böyük operatorlar üçün də cəlbedici oldu: VistaJet və Flexjet hər biri 20 cet sifariş etdi.
Qalxış çəkisinin artırılması ilə yanaşı, modernləşdirmənin əsas istiqamətləri mühərriklərin dəyişdirilməsi, Rockwell Collins Pro Line 21 avionikasının təkmilləşdirilməsi və sərnişin bölməsinin interyerinin yeniləməsi oldu.
Süni görmə sistemi pilotlara göyərtədən kənardakı landşaftı 3D rejimində görünməsini təmin edir; ikili inersial koordinat sistemi təyyarənin yerləşməsini, sürətini və məkandakı orientasiyasını avtomatik olaraq müəyyən etməyə imkan verir; bənzərsiz, avtomatik olaraq yenilənən məlumat bazası, elektron xəritələr və texniki sənədlər toplusunu tamamilə "sənədsiz" uçuşlar üçün imkan yaradır. Bütün bunlar, ümumilikdə pilotların işini yüngülləşdırir və vəziyyətdən haqqında onların məlumatlandırılmasını təmin edir.
Challenger 350 modelini sələfindən fərqləndirən başlıca dəyişikliklərdən biri də vinqletləridir. Challenger 300 modelində olduğundan qanad səthinə daha böyük bucaq altında yerləşdirilmiş vinqletlər hava müqavimətinin öhdəsindən daha effektiv gəlir və əlavə olaraq qanadın uzunluğunu 158 santimetr artırır. Onların sayəsində çəkinin artmasına baxmayaraq, təyyarə hündürlüyə daha yeyin qalxır.
Qanadın strukturu və mexanizasiyasının qalan hissəsi əvvəlki formada qorunub saxlanılıb. Eyni şey, 5 santimetr daha uzun olan və indi 12% daha çox işıq ötürən illüminatorlar istisna olmaqla, füzelyaja da aiddir.
Standart konfiqurasiyada, salonun iki bölməsində səkkiz sərnişin üçün yer mövcuddur. Bu sayı doqquz nəfər də etmək olar - bunun üçün, sonuncu sərnişin uçuş boyu vaxtını tualetdə keçirməyə, orada qurulmuş xüsusi oturacaqda əyləşməyə razılıq verməlidir. Bununla birlikdə, salonun arxa hissəindəki iki kreslonun əvəzinə üçyerli divanı da quraşdırmaq olar. 60x63 santimetr ölçülü qatlanan masalar kreslo cütlüynü bölür. Salonun döşəməsinin uzunluğu 503 santimetrdir. Bundan əvvəl də qeyd olunduğu kimi, böyüdülmüş illüminatorlar sayəsində salon daha işıqlıdır və bu da onu vizual olaraq daha geniş edir.
Lufthansa Technik şirkətinin salonu idarəetmə sistemi (CMS) 3D uçuş xəritəsini əks etdirən iki 22-düymlük monitordan, aktiv səs-küy boğma sistemi olan səkkiz qulaqlıqdan, səs dinamiklərindən, Blu-ray pleyerindən, HDMI, USB portları və iPhone/iPad ibarət olan əyləncə kompleksini idarə edir.
Salonun standart avadanlıq siyahısına hər bir kreslo üçün nəzərdə tutlmuş cərəyan mənbəyi və sensorlu CMS ekranı daxildir. Oturacaqlar və masaların üzərindəki işıqları yandırmaq, səs səviyyəsini dəyişdirmək və uçuş bələdçisini çağırmaq üçün ayrıca düymələr vardır. Standart olaraq Iridium, opsional olaraq isə, Inmarsat SwiftBroadband peyk telefonu quraşdırılır.
Sərnişinlər salona bir tərəfli tutacağı və işıqlandırılan pilləkənləri olan trap vasitəsi ilə daxil olurlar. Qapı, onun bağlanmasını asanlaşdıran elektrik mühərriki və səs-küyü azaldan ekranla təchiz edilmişdir. Göyərtənin sağ tərəfdə mətbəx bloku, onun qarşısında isə dolab yerləşir.
Göyərtədə olan mətbəxin standart avadanlıqlarına qəhvə aparatı (NetJets təyyarələrində onu isti içkiləri hazırlamaq üçün maşınla əvəz edirlər), mikrodalğalı soba, buz və tullantılar üçün konteynerlər, qida və içkilərin saxlanması üçün bölmələr daxildir. Mətbəx bloku bələdçiləri tamölçülü iş səthi və zərbəyə davamlı tərtibatı ilə sevindirməlidir. Opsional olaraq, su kranı olan tası da quraşdırmaq olar.
Füzelajın arxa hissəində tualet otağı quraşdırılıb. Biotualetə çöldən xidmət olunur. Arxa hissədə əl-üz yuyan, adi dolablar və güzgülər ilə yanaşı, həcmi 3 kub metr olan baqaj bölməsinə giriş mövcuddur. Bu bölməyə, həmçinin sol mühərrikin dirəyinin altında yerləşən lyuk vasitəsilə çöldən müdaxilə etmək olar. Opsional səs-küy izolyasiyası səs səviyyəsini 2√3 dB azaldır, lakin təyyarənin ümumi çəkisini 90 kiloqram artırır.
Təyyarə, yeni ikikonturlu Honeywell HTF7350 reaktiv mühərrikləri ilə təchiz edilir. 3200 Nm fırlanma anı hasil edən mühərriklər göyərtəsində səkkiz sərnişin olan təyyarənin 882 km/saatlıq (0,83 Max) kreyser sürəti ilə uçmasını təmin edir. Challenger 350 modelinin uçuş mənzili 5926 kilometrdir ki, bu sələfində olduğundan 250 kilometr çoxdur.
Keçən il Bombrdier şirkəti Challenger 350 modelinin uçuş xarakteristikalarını yaxşılaşdırdığını elan edib. Yaxşılaşdırmalar avionika və idarəetmə mexanizlərini, həmçinin səs-küy izolyasiyasını əhatə edib. Kokpitdə bir müddət bundan öncə təqdim edilən yüngülləşdirilmiş proyeksiya displeyi (HUD) və yaxşılaşdırılmış görmə sistemi (EVS) quraşdırılıb. Bu avadanlıqlar artıq istismarda olan təyyarələr üçün də əlçatandır.
Uçuş-texniki xüsusiyyətləri:
- Istehsalçı: Bombardier
- Modifikasiya: Challenger 350
- Qanadlar: 21.00 m
- Təyyarənin uzunluğu: 20.90 m
- Təyyarənin hündürlüyü: 6.10 m
- Qanad sahəsi: 48.50 m2
- Çəki, kq
- boş təyyarə: 11249
- maksimum uçuş: 18484
- yanacaq: 6418
- Mühərrikin növü: iki Honeywell HTF7350
- Dartna gücü: 2 x 33.0 kN
- Maksimum uçuş sürəti: 0,83 Max
- Normal kreyser sürəti: 0,80 Max
- Praktik mənzili: 5926 km
- Praktik tavan: 13716 m
- Heyət: 2 + 1
- Tutumu: 8-9 sərnişin