Bombardier şirkətinin yeni Challenger 3500 ceti super ortamənzilli biznes təyyarələri üçün qaydaları yenidən yazmağa çalışır. Təyyarə istehsalçısı, Challenger 350 cetini modernləşdirib. Kanada aviaistehsalçısı kabin üçün bəzi funksiyaları ultra uzunmənzilli Global 7500 flaqmanından götürərək ortamənzilli versiyada tətbiq edib.
Əsas dəyilikliklər interyerdə baş verb: indi qarşımızda məhsuldarlığı artıran funksiyalar ilə təchiz edilmiş və öz sinifində texnoloji cəhətdən ən qabaqcıl olan bir salon var. Əlavə olaraq, salonun hündürlüyü 2000 fut azaladılıb ki, bu da əvvəlki modeldə olduğundan 31% daha yaxşıdır.
İşıqlandırma, temperatur və əyləncə sistemlərinin səslə idarə olunması, simsiz şarj cihazları, Global 7500 modelidən buraya köçürülmüş Nuage erqonomik kesloları və tamamilə yenilənmiş interyer - bütün bunlar 2022-ci ilin ikinci yarısından sonra yeni istifadəçilərin ixtiyarına veriləcəkdir. Challanger 3500 modelinin qiyməti 26,7 milyon dollar təşkil edəcəkdir.
Bombardier mütəxəssisləri, şərab şüşləri üçün şəffaf soyuducunu və büllur qablar üçün tutucuları əlavə edərək ön tərəfdəki mətbəxi yeniləyiblər. Qapının arxasında gizləndilməsi mümkün olan soba və böyük espresso maşınını yerləşdirmək üçün iş məkanı yenidən tərtib edilib. Bundan əlavə, yeni yumşaq bağlanma funksiyasına malik olan çəkməcələrin açılması daha asan olub.
Əsas “ağıllı kokpit” elementləri:
- yenidən işlənmiş işıqlandırma planı
- yumşaq bağlanan çəkməcələr, büllur qablar və şərab şüşləri üçün saxlama sistemi
- temperaturun, işıqlandırmanın və əyləncə sisteminin səslə idarə olunması
- 24-düymlük 4K ekran
- simsiz şarj cihazı
- parçalar və eko-materiallardan hazırlanmış örtüklər
- kabindəki havanın yeyin dəyişdirilməsi
Uçuş-texniki xarakteristikaları
Challenger 3500 modelinin dörd sərnişin və iki ekipaj üzvü ilə birlikdə 0,77 Max sürətilə 6.297 kilometr məsafə qət etməsi gözlənilir ki, bu da Los Anceles - Nyu York və ya London - Dubay arasında asanlıqla həyata keçirilən uçuş məsafəsinə bərabərdir. Təyyarə, məsələn London City, Aspen və Toluca kimi kəskin enişləri olan hava limanlarına enmək üçün sertifikat alacaqdır.
Uçuş-texniki xarakteristikaları
Challenger 3500 modelinin dörd sərnişin və iki ekipaj üzvü ilə birlikdə 0,77 Max sürətilə 6.297 kilometr məsafə qət etməsi gözlənilir ki, bu da Los Anceles - Nyu York və ya London - Dubay arasında asanlıqla həyata keçirilən uçuş məsafəsinə bərabərdir. Təyyarə, məsələn London City, Aspen və Toluca kimi kəskin enişləri olan hava limanlarına enmək üçün sertifikat alacaqdır.
Texniki hissə
Challenger 3500 modeli sələfinin mühərriklərini, avionikasını və xarakteristikalarını qoruyub saxlayacaqdır. Bununla belə, yeni dartma avtomatı idarəetməni asanlaşdıracaq və pilotun iş yükünü azaldacaqdır:
- yaxşılaşdırrılmış müşahidə sistemi (EVS) olan əlçatan proyeksiya displeyi (HUD)
- dörd böyük ekranı olan qabaqcıl avionika
- LPV və RNP üzrə enişə keçmə qabiliyyətinə malik olan ikiqat uçuşu idarəetmə sistemi
- Sintetik görmə sistemi (SVS)
- meteoroloji MultiScan radarı
- ikiqat inersial gerisayma sistemi (IRS)
- ikiqat SBAS/WAAS GPS
Ətraf mühitin qorunması
İstehsalçının bildirdiyinə görə, səs izolyasiyası kabinəni öz sinfində ən səssiz, həmçinin superorta seqmentində ən geniş salona çevirəcəkdir. Yeni model ekoloji tələbləri nəzərə alaraq və Bombardier şirkətinin məqsədlərinə uyğun olaraq hazırlanmışdır:
Challenger 3500 modelinin uçuş testləri, ekoloji cəhətdən təhlükəsiz aviasiya yanacaqlarından istifadə və CO2 tullantılarının kompensasiyası sayəsində sıfır karbon emissiyasına malik olduğunu göstəriblər. Global 7500 təyyarəsi EPD ekoloji məhsul deklasiyasını alan ilk, yeni Challenger 3500 isə ikinci təyyarədir. Müştərilərə təklif edilən digər ekoloji təşəbbüslər arasında, yüksək keyfiyyətli ekoloji cəhətdən təmiz tərtibat materiallardan istifadə etmək imkanı da var
“Biz Challenger platformasının ən populyar elementlərini özündə cəmləşdirən işgüzar təyyarəni istifadəyə verməkdən məmnunuq. Bunlar heyranedici xarakteristikalar, dəyişməyən etibarlılıq, müstəsna gediş yumşaqlığı və eyni zamanda müştərilərimiz üçün təkmilləşdirilmiş kabindir”, - Bombardier şirkətinin baş direktoru Erik Martel bildirib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.