Dassault Aviation şirkəti, fransız təyyarə istehsalçısını ultra uzun mənzilli biznes təyyarələri istehsalçıları sırasına daxil edəcək 12.000 kilometrlik uçuş məsafəsinə malik olan Falcon 10X cetini rəsmən təqdim edib. Bombardier Global 7500 və Gulfstream G700 ilə rəqabət aparacaq Falcon 10X modelinin 2025-ci ildə sertifikatlaşdırılması və istifadəyə verilməsi gözlənilir.
“Bu gün işgüzar aviasiyaınn yeni meyarını təqdim edirik”, - Dassault Aviation şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Erik Trappiye bildirib. - “10X modeli sərnişinlərinə cəbhə qırıcısı texnologiyasından götürülmüş inqilabi təhlükəsizlik funksiyaları ilə birlikdə, həm qısa uçuşlarda, həm də uzun uçuşlarda mükəmməl səyahət təcrübəsi təqdim edir. Sərnişinlərin ehtiyaclarını ödəmək üçün təyyarənin bütün aspektlərini optimallaşdırıb və ultra uzun məsafəli uçuş qabiliyyətini yeni bir səviyyəyə qaldırmışıq”.
Bir cüt Rolls-Royce Pearl 10X turboreaktiv mühərriki ilə təchiz edilən təyyarə 78,7 kubmetr həcmi olan salona malikdir. Bu, onu rəqiblərindən daha əlverişli edir - Falcon 10X xüsusi konstruksiyası, 2,77 metr eni və 2,07 metr hündürlüyü olan işgüzar təyyarələr arasında ən böyük köndələn kəsiyə malikdir.
Müqayisə üçün: G700 cetinin salonun eni 2,49 metr və hündürlüyü isə 1,92 metrdir. Global 7500 modeli isə, 2,43 metr eni və 1,88 metr hündürlüyü olan salona malikdir. Hər üç biznes cetin salon həcmi təxminən eynidir - 76,45 kubmetr. Global 7500 modelinin bəyan edlmiş uçuş məsafəsi 370 kilometr daha uzun olsa da, hər üç cetin qiyməti 75 milyon dollar ətrafındadır.
Dassault şirkəti Rafale qırıcısında qurşdırdığı kompozit qanadların istehsalında əldə etdiyi təcrübəni işgüzar aviasyaya da köçürüb: 10X modelinin böyük oxşəkilli qanadları karbon lifinə əsaslanan kompozit materiallardan hazırlanır.
Falcon 10X biznes ceti Dassault şirkətinin kompozit qanadları ilə təchiz edilmiş ilk kommersiya təyyarəsi olacaqdır. Qeyd etmək gərəkdir ki, fransızlar, 1985-ci ildən 2005-ci ilə qədər, bu sahədə geniş miqyaslı sınaq testləri həyata keçiriblər.
Dassault Falcon 10X modelindəki böyük dəyişiklik dayağın T-şəkilli konfiqurasiyasıdır. Əvvəlki Falcon modellərində dayaq xarakterik xaçşəkilli və aşağı tərəfə yönəldilmiş üfüqi stabilizatorlardan ibarət idi.
Salondakı rahatlığın yeni səviyyəsi sərnişinlərə elitar penthausda olma hissini verir. Dassault dizaynerləri, duşla təchiz olunmuş tam ölçülü vanna otağı, fərdi kinoteatrı, habelə 1,5-metrlik “queen-size” ölçülü çarpayısı və şəxsi vanna otağı olan VIP bölməsi də daxil olmaqla, dörd qonaq zonasını nəzərdə tutan müxtəlif konfiqurasiyalar üzərində işləyirlər.
Böyük mətbəxdə iki pəncərə, soyuducu, soba və mikrodalğalı soba var. Ön tərəfdəki tualet və ekipajın istirahət otağı uçuş heyətinin məxfiliyini təmin edir. Yemək zonasındakı dörd ayrı oturacağı olan əlavə masa sərnişinlərinə qonşularını narahat etmədən yerlərini tərk etməyə imkan verir. Sərnişin oturacaqları avialaynerlərdəki birinci dərəcəli kreslolar kimi tamamilə arxaya əyiləcəkdirlər.
Launc-zonada sərnişinlərin bir-birinə mane olmaması üçün, ətrafında kifayət qədər boş məkan olan masalar, habelə əşyaların saxlanması üçün də yerlər var. Arxa tərəfdəki tualet üçün, ayaqüstü duş quraşdırılmış variant da daxil olmaqla, üç variant mövcuddur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.