Son beş ildə yox olmaq təhlükəsi ilə üzləşən kiçik biznes cet seqmentində yenidən canlanma başlayıb. Kiçik reaktiv təyyarələri istehsal edən "böyük üçlük" - Textron Aviation, Embraer və HondaJet şirkətləri inamlı şəkildə irəliyə addım ataraq, qiyməti 4,5 milyon dollara qədər olan cetlər təklif etməyə başlayıblar. Nəticədə, bu seqmentdə olan rəqabət pik həddinə çatıb.
Bu qiymət kateqoriyasında olan yeni biznes cetlər nəinki öz aralarında, hətta bazardakı istifadə edilmiş yüzlərlə kiçik biznes cetləri ilə rəqabətə girişiblər. Ən əsası isə, işlənmiş olsalar da, bu cetlər daha geniş salona, uzun mənzilə və uçus şürətinə malikdirlər.
Bununla belə, Embraer şirkəti özünün Phenom 100 ceti üçün bu seqmentdə rahat məkan yarada bilib. Phenom 100 modeli ən böyük füzelyaj kəsiyinə, ən yaxşı yanacaq səmərəliliyi göstəricisinə və müqayisə edilə bilən təchizat səviyyəsinə görə ən aşağı qiyməti təklif edir. Bu modelin son iterasiyası, seriya nömrəsi 325-dən başlayan Phenom 100E təyyarələridir.
Potensial müştərilər üçün təyyarənin cəlbediciliyini artırmaq üçün istehsalçı bir çox yeniliyi, o cümlədən çoxfunksiyalı spoyleri, salonun 11 standart tərtibat sxemini, mebel hazırlanması üçün ağac şponunda istifadəni və bir sıra əlavə opsiyaları təklif edir. Bundan əlavə, təyyarə Garmin G1000 avionikasına əsaslanan inteqrasiya olunmuş Embraer Prodigy kompleksinin ən müasir versiyası və uzaqdan idarəetmə sistemi üçün proqram təminatının yenilənmiş variantı ilə təchiz edir.
"Başlanğıc səviyyəsindəki" biznes cetlərin xüsusiyyətlərindən biri də, onun pilot-sahibi üçün nəzərdə tutulmasıdır. Bununla birlikdə, Phenom 100 modelinin yaradıcıları sərnişinlərin də qayğısına qalıblar. Phenom 100 yuxarı qaldırılmış füzelyaj və trapa çevrilən transformer-qapı sayəsində sanballı cet təəssüratı yaranır. Bu sinifdəki bütün təyyarələrdən yalnız istehsalı dayandırılmış Premyer IA təyyarəsində belə bir trap vardır. Füzelajın köndələn kəsiyinin ölçüləri Premier I modelinə yaxındır, bu səbəbdən də cetin daxilində orta ölçülü təyyarələrə xas olan genişlik hissi yaranır.
Üstəlik, ovalşəkilli fuzelyaj kəsiyi, yumru formalı füzelyajla müqayisədə, kresloda əyləşmiş sərnişinlərin çiyin səviyyəsində daha çox məkan təkli edir (eyni zamanda induktiv müqaviməti də azaldır). Qanad tamamilə füzelyajın altında yerləşdiyi üçün kabinədəki məkanı daraltmır. Kiçik təyyarələr seqmentindəki ən böyük illüminatorlar (istehsalda olan modellər arasında) məkanı vizual olaraq genişləndirir və salonu təbii işıqla doldurur. Hətta, tualetdə də iki pəncərə mövcuddur.
Maraqlıdır ki, kiçik olmasına baxmayaraq, Phenom 100E böyük qardaşlarının - kommersiya təyyarələrinin etibarlılığını miras olaraq alıb. Bunlara misal kimi, 35.000 dövrə hesablanmış resursu, plan üzrə 600 saatlıq yoxlama tezliyini və MSG-3 (Maintenance Steering Group - texniki xidmətin dövrü və istismar təhlükəsizliyi və digər məsələlər ilə əlaqədar tövsiyələr verən texniki xidmətin koordinasiya şurası. Bu proses avialayner proqramlarının vacib bir hissəsidir) tələblərinə uyğun olaraq, texniki heyət üçün əsas komponentlərə və qurğulara asanlıqla daxilolma imkanlarını göstərmək olar. Məsələn, standart alətlər dəstinə malik olan texnik, ön şüşəni təxminən iki saat içində dəyişdirə bilər.
Asan idarəetməsi, rahat salonu, cəlbedici dizaynı və əsası sərfəli qiyməti Phenom 100E modelini seqmentinin çempionu halına gətirir.