İnniovasiyalar - Falcon 7X biznes təyyarəsini ən yaxşı təsvir edən sözdür. Bu biznes cet tamamilə rəqəmsal texnologiyalardan istifadə edilərək virtual məkanda yaradılan ilk təyyarə, rəqəmsal uçuşa nəzarət sistemi ilə təchiz edilmiş ilk təyyarə, Dassault şirkətinin yeni yüksək axınlı qanadını almış ilk təyyarə, daxili özünü yoxlama və xidmət sistemi olan ilk təyyarə, ultrauzun uçuş mənzilini və qənaitçilliyini özündə birləşdirən ilk təyyarədir.
Dassault Falcon 7X prototipi ilk dəfə səmaya 2005-ci ilin may ayında qalxıb və həmin il Le Bourget aviasalonunda ictimaiyyətə təqdim edilib. Falcon 7X modeli 8X ceti təqdim olunan günə qədər Dassault şirkətinin flaqmanı olub.
Bu model təkcə qabaqcıl texnologiyalarla təəccübləndirmir, həm də heyranedici texniki xüsusiyyətlərə malikdir. Dassault Falcon 7X 11.020 kilomter (səkkiz sərnişin ilə) uçuş məsafəsinə və ən yüksək sürət həddinə 1.100 km/saata malik olan təyyarədir.
Falcon 7X ceti onun aerodinamik performansını əhəmiyyətli dərəcədə yaxşılaşdıran, qalxma və enmə vaxtını azaldan, aşağı hündürlükdə yüksək sürətlə qısa məsafələrə uçmağa imkan verən və yeni konstruksiyaya malik olan qanadlar ilə təchiz edilmişdir.
Falcon 7X, öz sinfində ən qənaətcil biznes cetidir: o, 15-30% daha az yanacaq sərf edir. Üç mühərrikli konfiqurasiya qitələrarası uçuşların müddətini azaldır, təhlükəsizliyi artırır və Moskva ilə Yohannesburq, Sankt-Peterburq və Sinqapur, Paris və Tokio arasında fasiləsiz səyahət etməyə imkan verir.
Uzun 13 saatlıq uçuşlar üçün nəzərdə tutulmuş geniş və hündür salon tam olaraq ayaq üsüntdə durmağa imkan verir. Falcon 7X sahibinə işləmək və istirahət etmək üçün istənilən konfiqurasiyada zonalar təşkil etmək şansı təqdim edir.
Kabinənin uzunluğu və genişliyi, gəzmək, divanda dincəlmək və ya işləmək üçün salonun arxa hissəsini şəxsi kabinetə çevirməyə imkan verir. Kabin uzun məsafələrə uçarkən tələb olunan bütün imkanlarla, o cümlədən mətbəx və opsional olaraq duş ilə təchiz edilə bilər.
İnteqrasiya edilmiş ən yeni əyləncə və daxili idarəetmə sistemi olan Falcon Cabin HD + innovativ fiber optik şəbəkəsi vasitəsi ilə salonun istənilən yerinə yüksək keyfiyyətli səs və video kontenti ötürməyə imkan verir. Sistemi şəxsi Apple cihazından istifadə edərək sistemi idarə etmək də mümkündür.
Təyyarə üç ədəd Pratt & Whitney Canada PW307A mühərriki ilə təchiz olunmuşdur ki, bu da ona yüksək temperatur və dağlıq ərazilərdə işlətməyə imkan verir. Bu mühərriklər etibarlılığı və minimal əməliyyat xərcləri ilə seçilirlər. Onların resursu 7.200 saatlıq uçuşdur - bu təxminən 14 illik istismar deməkdir.
Mühərriklər FADEC rəqəmsal idarəetmə sistemi, həmçinin Vibro Meter SA vibrasiyanı idarəetmə sistemi ilə təchiz olunurlar. Honeywell Aerospace Falcon 7X üçün GTCP 36-150F2M APU idarəetmə sistemini hazırlayıb. Təyyarənin enerji təchizatında Goodrich generatorundan istifadə olunur.
Təyyarə, Parker hidravlikası tərəfindən hərəkətə gətirilən və ABSC əyləcləri ilə təchiz edilmiş Messier-Dowty firmasının istehsalı olan şassiyə sahibdir. Falcon 7X pilot kabinin yeni şüşələnməsi aerodinamik səs-küy azaldıb.
Falcon 7X modeli ilk rəqəmsal uçuşu idaəretməsi sistemini əldə edən biznes təyyarəsidir. Pilotlar SVS (Synthetic Vision System) və EVS (Enhanced Vision System) funksiyaları olan Honeywell Primus Epic avionikasına əsaslanan Dassault EASy kompleksindən, eləcə də sol oturacağın üstündəki şüşədəki kollimator ekranından, son nəsil FMS (Flight Management System) sistemini və əlbəttə ki, rəqəmsal uçuşa nəzarət sistemidən istifadə edə bilərlər.
Opsional olaraq 7-kanallı MCS-7000 peyk rabitəsini (SATCOM) sifariş etmək olar. Peyk sistemi yüksək əmsallı gücləndirici olan EMS Technologies AMT-50 antenası ilə təchiz edilmişdir.
Göyərtəsində 14 nəfər sərnişin qəbul etmək imkanına malik olan Falcon 7X biznes təyyarəsinin təxmini qiyməti 50 milyon dollar təşkil edir.