Gulfstream G280 modeli öz sinifində təyyarələr arasında idman dizaynı, əla pilotaj xüsusiyyətləri və avionaikasının güclü imkanları ilə seçilir. Uçuş diapazonu, sürəti və sistemlərinin imkanları baxımından G280 daha bahalı böyük ölçülü təyyarələr ilə eyni səviyyədədir. Bu, Gulfstream G280 modelini öz sinifindəki piramidanın zirvəsinə qaldırır.
Gulfstream G280 uçuş-texniki və iqtisadi xüsusiyyətlərinə görə superorta ölçülü təyyarə seqmentinin lideridir. Yeni quruluşa malik olan uzun füzelyaj, axıcı qanadları və güclü mühərrikləri G280 modelinin uçuş mənzilini və sürətini artıraraq, yanacaq sərfiyyatı baxımından liderliyini qorumağa yardım edir.
Uçuş heyəti üçün nəzərdə tutulmuş PlaneView280 kokpiti ən müasir naviqasiya və təyyarələrin idarə edilməsi sistemlərinə malikdir, dartma və əyləc avtomatları isə biznes təyyarələrinin idarə olunması və pilotajı sahəsində yeni standartları təyin edir. Gulfstream G280 o qədər güclü və aerodinamik bir hava gəmisidir ki, superorta sinifli biznes təyyarələrinin texniki-uçuş xarakteristikalarını və imkanlarını yeni səviyyəyə qaldırır.
Texniki xüsusiyyətləri
Artırılmış uçuş mənzili, həmçinin sürətli və güclü yüksəlmə - Gulfstream G280 modeli üçün müəyyən edilmiş ilkin hədəfləri üstələyən iki göstəricidir. Gulfstream G280, ilkin hədəf kimi qəbul edilən uçuş mənzilindən 370 kilometr daha çox məsafə qət edir. Belə konstruktiv nailiyyət, G280 cetinin 980 km/saat sürətli ilə qət etdiyi uçuş məsafəsini 6667 kilometrə qədər artırır və təyyarəni, öz sinfində yeni dünya sürət rekordu ilə Londondan Nyu Yorka fasiləsiz uçuşlar etmək iqtidarında olan yeganə biznes təyyarəsinə çevirir.
G280 müstəsna cəld qalxma qabiliyyəti ilə seçilir və qısa uçuş-eniş zolaqlarından uçub qalxmaq imkanına malikdir. G280 ceti 23 dəqiqədən az müddətdə 13.106 metrə yüksəldiyi üçün, bu hava gəmisi öz sinifində olan ən yüksək effektivliyi ilə seçilir və bu sinifdəki digər təyyarələrə nisbətən 12% az yanacaq sərf edir.
G280 qanadının quruluşu, ən müasir universal təyyarələrdən biri olan, Gulfstream G550 modelinin konsruksiyasını təkrarlayır. Bu müstəsna konstruksiya sayəsində G280 aşağı sürətlə manevr etmək üçün, qanadın ön kənarının mexanikləşdırılməsinə ehtiyac duymur. Bunun əvəzinə, oxşəkilli hamar qanadın nazik konturları alın müqavimətini azaldır və qaldırma qüvvəsini artırır.
Yüksəkliyi yığdıqdan sonra, G280, bu kateqoriyadan olan istənilən təyyarədən daha uzun müddət havada qala bilir və eniş etmədən 980 km/saat sürətlə 8 saat müddətində uçmaq iqtidarındadır. Nyu Yorkdan çıxaraq Milan ya da Limaya, Londondan isə Dubaya və ya Monreala uçmaq olar.
Gulfstream G280 cetinin maksimal istismar sürəti 1041 km/saatdır, lakin 980 km/saat sürətilə uzun məsafəli uçuşda belə, G280 digər orta ölçülü biznes cetlərini xeyli üstələyir. Bu, sərnişinlər üçün nə deməkdir? NyuYorkdan Los Ancelesə beş saat və ya daha az vaxt aparan uçuş, Gulfstream G280 gəmisinin qeydə aldığı transatlantik uçuşlar rekorduna uyğundur: məsələn, Vaşinqtondan Cenevrəyə uçuş vaxtı 7 saat 47 dəqiqə, Parisdən Uayt Pleynsə (Nyu York ştatı) isə 7 saat 40 dəqiqə təşkil edib.
Salon və interyer
Gulfstream G280 təyyarəsinin salonuna daxil olduqdan sonra, onun nə qədər geniş olduğunun şahidi olacaqsınız: 1,8 metr hündürlükdə olan qapı girişi və iri pillələr təyyarəyə minməyi asan edir. Salonun hündürlüyü 1.91 metrdir ki, bu göstəriciyə görə G280 sinifindəki istənilən təyyarədən daha hündürdür. Sərnişin bölməsinin eni 2,18 metr, uzunluğu 7,87 metr təşkil edir ki, bu da 10 sərnişinin rahat yerləşməsinə imkan verir. Salonda beş yataq yeri üçün avadanlığın quraşdırılmasına icazə verilir.
Gulfstream G280 təyyarəsinin salonu, hər bir sərnişinə dünyanı yüksəklikdən görmək imkanı verən 19 geniş illüminator vasitəsi ilə təbii işıqla doldurulur.
Gulfstream təyyarələrinin iki xarakterik xüsusiyyəti - tamamilə təmiz havanın dövranı və salondakı azaldılmış barometrik yüksəklik, - sərnişinlərin ürəyinə və ağciyərlərinə düşən yükü azaldır. Nəticədə sərnişinlər yorulmurlar və onları gözləyən görüşlərə tam hazır vəziyyətdə çatırlar.
Təyyarənin sərnişin salonu yüksək üslub və yüksək texnologiyanı ahəngdar şəkildə birləşdirir. Üç konfiqurasiya seçimi, salonu işləmək, əylənmək, istirahət etmək üçün gərək olan, həmçinin xüsusi tələblərə cavab verən daxilii tərtibatı yaratmağa imkan verir.
Hər bir Gulfstream G280 təyyarəsi öz sahibinə ona məxsus olan üslub hissini nümayiş etdirməyə köməklik edir, çünki Gulfstream şirkətinin interyer dizaynerləri qüsursuz müştəri dəstəyi xidmətini yaradaraq, dəbdəbəli, eyni zamanda, yüksək səmərəli interyerlərin yaradılması sahəsində yaradıcı ideyaları təklif edirlər.
İdarəetmə asanlığı
Gulfstream salon avadanlığının idarəetmə sistemi temperaturu, işıqlandırmanı, monitorları və əyləncə sistemlərinin iPod touch qurğusunun köməkliyi ilə asanlıqla tənzimləməyə imkan verir. İdarəetmə proqramı əksər Apple cihazlarına yüklənə bilər, bu da sərnişinlərə oturacaqlarından qalxmadan istənilən parametrləri tənzimləməyə yardım edir.
Peyk telefonunun və yüksək sürətli İnternetin mövcud olması təyyarə buludların üzərində süzərkən belə, sərnişinlərə yerlə əlaqə saxlamağa imkan verir. İşgüzar və ya əyləncə ehtiyacları üçün istifadə edilən standart avadanlıq siyahısına Blu-ray disk pleyerləri və yüksək dəqiqlikli monitorlar daxildir. Rabitə vasitələri, veb-səhifələr şəklində təqdim olunan Gulfstream CabinView sistemi ilə tamamlanır və uçuşların gedişatını izləmək, coğrafi xəritədə dövlət sərhədlərini və maraqlı nöqtələri görməyə imkanı verir.
Xatırlatmaq istərdik ki, Gulfstream G280 cetini əldə etməklə, onun sahibi təkcə nüfuzlu markadan olan təyyarəni deyil, həm də uzun illərdir ki nüfuzlu amerikan reytinqlərində birinci yeri qazanan satış sonrası xidməti də almış olur.
İstismar xərcləri
- Yeni Gulfstream G280 modelinin qiyməti - 24.300.000 avro;
- İllik saxlanılma xərclər - 1.090.000 avro;
- İldə 300 saat uçuş zamanı dəyişən xərclərin məbləği - 1.230.000 avro;
- Kommersiya istismarının 1 saatlıq dəyəri - 5.400 avro;
- Kommersiya istismarından əldə edilən gəlir (300 saat uçuşa qədər) - 390.000 avro;
- Cəmi xərclər - 1.930.000 avro;
- Biznes cetin 3 ildən sonra dəyəri - 20.150.000 avro;
- Uçuş saatının dəyəri - 4.100 avro (qənaət - 17%);