Gulfstream Aerospace şirkətinin uzunmənzilli biznes cetlərindən biri də G650 modelidir. G700 modelinin təqdim olunmasına qədər, bu model Gulfstream markasının flaqmanı rolunu ifa edirdi. 2008-ci ildə təqdim edilən təyyarə uzunmənzilli uçuş məsafəsi və bu sinifdə standartları müəyyən edən xüsusiyyətləri ilə seçilirdi. Bu günə qədər istehsal edilmiş G650 modellərinin sayı 355 ədədin üzərindədir.
Gulfstream G650 ceti 0,85 Max sürəti ilə 13.000 kilometr, 0,90 Max sürəti ilə isə 9.500 kilometr məsafə qət etmək iqtidarındadır. Aerodinamik quruluşu sayəsində təyyarə maksimal 0,925 Max sürətini toplaya bilir. Təyyarənin maksimal tavanı 15.500 metr təşkil edir ki, bu da ona hava trafikinin sıx olduğu, həmçinin qeyri-sabit hava şəraiti olan eşalonun üzərində uçmağa imkanı verir.
G650 biznes təyyarəsinin təklif etdiyi rahatlıq səviyyəsi də mükəmməl göstəricilərə malikdir. Cetin salonunun eni 2,59 metr, hündürlüyü isə 1,95 metr təşkil edir. Bu göstəricilər Gulfstream G650 modelini bu sinifdə olan ən iri hava gəmilərindən birinə çevirir. Nəticədə, sərnişinlərin ayaq və başı üzərindəki məkan daha genişdir, bundan başqa, salonun geniş həcmi onu müxtəlif konfiqurasiyada bölməyə imkan verir.
G650 geniş mətbəxə, çalışma və dincəlmə zonalarına, həmçinin geniş baqaj bölməsinə malikdir. Geniş füzelyaj bir cərgədə üç kreslonun quraşdırılmasına imkan verir. Üstəlik, kreslolar arasındakı keçidin də eni kifayət gedər genişdir.
G650 modelinin salonu yüksək rahatlıq səviyyəsi ilə yanaşı, həm də yüksək funksionallığı ilə seçirlir. Bunlara misal kimi, FL510 eşelonundakı 1500 metrlik, FL410 eşelonundakı 1100 metrlik təzyiqi olan mikroiqlimi göstərmək olar. Belə göstəricilər uçuş zamanı yaranan diskomfortu və yorğunluğu azaldır, yaxşı əhval-ruhiyyəni və məhsuldar çalışmanı təmin edir. Salondakı aşağı səs-küy səviyyəsi rahat şəkildə görüşləri keçirməyə və yaxud dincəlməyə şərait yaradır.
Qabaqcıl kondisioner sistemi səssiz çalışır ki, bu da sərnişinləri akustik rahatlıqla təmin edir. Qeyd etmək lazımdır ki, tualet bölməsi ayrıca havalandırılır. İri ölçülü 16 illüminator isə, salonu təbii işıqla doldurur və onsuz da geniş olan salonu vizual olaraq bir qədər də böyütməyə yardım edir.
Salonun layihələndirilməsində tətbiq edilmiş Cabin Essential fəlsəfəsi əsas idarəetmə sistemlərinin təkrarlanmasını nəzərdə tutur. Bu səbəbdən də, sistemlərdən birinin sıradan çıxması onların fəaliyyətinə və salon funksionallığına təsir göstərmir.
Bu, işlənmiş suların yuylub aparılmasının hər zaman çalışdığından, su təchizatının davamlı təmin edildiyindən və əyləncə sistemlərinin hər zaman əlçatan olduğundan xəbər verir.
Gulfstream G650 biznes cetinin pilotları üçün də ən yaxşı iş şəraiti yaradılıb: təyyarə bu sahədə ən yaxşı avadanlıqlardan sayılan PlaneView II kabini ilə təchiz edilib.
Dörd 14-düymlük LED displeyini, üç ədəd Plane Book planşetini, əsas displeylərin funksionallığını və pilotaj-naviqasiya cihazlarını özündə birləşdirən çoxfunksiyalı ehtiyat displeyini və yer səthinin əngəlləmələrinin ən kiçik ehtimalını belə aradan qaldıran və ərazinin məlumat bazası olan üçölçülü darama meteoroloji radarı özündə cəmləşdirən kabin avadanlığı təyyarənin idarə edilməsini asanlaşdırır və pilotların üzərinə düşən yükü azaldır.
G650-də quraşdırılmış son görmə sistemləri, pilotların vəziyyət barədə məlumatlandırılması səviyyəsini və uçuş təhlükəsizliyini artırır. Standart paketə Gulfstream Enhanced Vision Sistemi (EVS II), Synthetic Vision-Primary Flight Display (SV-PFD) və uçuş parametrlərini ön şüşəyə proyeksiya edən HUD II sistemi daxildir.
Gulfstream şirkəti müştərilərinə FAR-25 uçuş yararlığı standartlarına uyğun olaraq sertifikatlaşdırılan yaxşılaşdırılmış və sintetik görmə sistemlərini eyni zamanda təmin etməyə hazır olan ilk istehsalçısıdır. Gulfstream sistemlərinin əsas yaradıcıları Kollsman (EVS II), Honeywell (SV-PFD) və Rockwell Collins (HUD II) şirkətləridir.
Birlikdə çalışan EVS II və SV-PFD sistemləri, göyərtədən kənardakı hava şəraitindən asılı olmayaraq, pilotlara uçuş vəziyyəti barədə ən dəqiq məlumatı əldə etməyi və uçuş trayektoriyasının maksimal dərəcədə dəqiq əks olunmasını təmin edir.
EVS sistemi HUD sistemindən istifadə edərək, pilotun kabinəsinin ön şüşəsinə, təyyarənin burnunda yerləşən infraqırmızı kamera (FLIR) ilə çəkilən ətraf mühitin diskret şəkillərini proyeksiya edir.
SV-PFD sistemi isə, Honywell şirkəti tərəfindən hazırlanmış, yerlə toqquşma ehtimalı barədə xəbərdarlıq edən sistemin (EGPWS) məlumat bazasının əsasında yardılmış təsvirdə relyefin üçölçülü rəngli modelini nümayiş etdirir. inkişaf etmiş bir sistem bazası əsasında üçölçülü rəng qaldırma modellərini nümayiş etdirir.
Gulfstream G650 təyyarəsi 16.100 funt qalxış dartmasına malik olan Rolls-Royce firmasının BR725 mühərrikləri ilə təchiz edilir. İşləmə traktıına görə havanın axmasını yaxşılaşdıran 24 oxşəkilli pəri olan 50-düymlük ventilyator ilə təchiz edilən mühərrik, yüksəldilmiş məhsuldarlığı, azaldılmış səs-küy və tullantılar səviyyəsi ilə seçilir. G650 modeli ondan kiçik olan tayərrələr qədər yanacaq sərf edir.
18 nəfəri (optimal - 11 nəfər) göyərtəsinə götürmək imkanına malik olan Gulfstream G650 biznes cetinin təxmini satış qiyməti 66 milyon dollar təşkil edir.