Avtomobil istehsalçıları öz qüvvələrini müxtəlif sahələrdə sınaqmadan çəkinmirlər. Bu sahələrə misal kimi inşaat sektorunu, gəmiqayırmanı, aviasiyanı göstərmək olar. Məsələn, bu yaxınlarda Bentley şirkəti özünün göydələnini inşa edəcəyini elan edib. Mercedes-AMG bölməsi Cigarette komandası ilə birlikdə möhtəşəm qayıqlar hazırlayır. Porsche isə yaxtaların inşasında gücünü sınayıb.
Yeri gəlmişkən, Porsche şirkəti bir müddət bundan əvvəl Braziliyanın təyyarəsi istehsalçısı olan Embraer şirkəti ilə birlikdə xüsusi layihəyəyə imza atıb - tərəfdaşlar öz məhsullarının eksklüziv məhdud saylı duetini - eyni tərzdə hazırlanmış təyyarə və idman avtomobilini təqdim ediblər.
Dəstə Embraer Phenom 300E biznes ceti və eksklüziv Porsche 911 Turbo S sportkarı daxildir. Xüsusi nəşrdən olan cütlükdə heç bir texniki dəyişiklik olmayıb - onlar yalnız eyni üslubda tərtibatları ilə fərqlənirlər. Dizaynerlər mat və parlaq çalarları birləşdiriblər.
Avtomobilin kuzovunun yuxarı hissəsi Platinum Silver Metallic rənginə, alt hissəsi isə satin Jet Grey Metallic rənginə boyayıblar. Rəngləri Brilliant Chrome və Speed Blue incə zolaqları ayırır. Həm avtomobil, həm də təyyarə əl ilə boyanıb.
Porsche sportkarının təkər diskləri əsas Platinum Silver rəngdədir, lazerin köməkliyi ilə onların çevrə və millərinə mavi xətlər həkk edilib. Hava girişlərinin dizaynı biznes cetlərin motoqondolalarını xatırladır.
911 Turbo S modelinin mərkəzi dayağında layihənin loqotipi ilə etiketlənmiş lövhə, habelə hər biri istehsal olunan avtomobili işarə edən 10 düzbucaqlı var. Düzbucaqlılardan biri mavi rəng ilə vurğulanır və konkret sportkarı təmsil edir. Onun yerini alıcının özü seçə bilər.
Sportkarın interyeri mavi tikişləri olan qara və təbaşir rəngli dəri ilə üzlənir, parlaq qara dekor və mavi haşiyələrlə bəzədilir. Bu rəng birləşməsi unikaldır və xüsusi olaraq bu cütlük üçün hazırlanıb. Embraer Phenom 300E cetinin salonu idman avtomobilinin salonu ilə eyni üslubda tərtib olunur.
Biznes cet kokpit və sərnişin bölməsi üçün ayrıca iqlimə nəzarət sistemi, əyləncə sistemi və müxtəlif rabitə vasitələri ilə təchiz edilir. Bu cetin unikal xüsusiyyəti xüsusiyyəti bir pilot tərəfindən idarə edilə bilməsidir.
Təyyarə və idman avtomobili dəstində avtomobil örtüyü, iki pilot çamadanı, iki səyahət çantası və bir Porsche Design 1919 Globetimer UTC saatı daxildir. Dəstə daxil olan qol saatı da 10 nüsxədə buraxılıb. Təyyarə və avtomobil kimi, saat da dinamik görkəmə və 42 millimetrlik titan korpusa malikdir. Saatın qayışı Porsche avtomobillərinin salonunda istifadə olunan orijinal elastik dəridən hazırlanır.
Dəstin qiymətii açıqlanmayıb, lakin təxminlərə görə, cütlüyün qiyməti 11 milyon dollar təşkil edəcəkdir.