KİA şirkəti ən sürətli modeli olan Stinger avtomobilinin Avropa bazarı üçün nəzərdə tutulmuş variantı haqqında məlumat dərc etmişdir. Bu ilin dördüncü rübündə satışlarına start veriləcək Kia Stinger fastbeki iki benzin və bir dizel mühərriki ilə təchiz ediləcəkdir.
Avropa üçün istehsal edilə Kia Stinger modeli 2,2 litr iş həcmi olan turbodizel mühərriki ilə təchiz ediləcəkdir. Bu mühərrik 200 at qüvvəsinə və 440 Nm fırlanma anına malikdir. Dizel aqreqat da daxil olmaqla bütün mühərriklər yalnız səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdirlər. Dizel mühərriki ilə təchiz edilmiş fastbek 100 km/saat həddini 8,5 saniyəyə toplayacaqdır. 225 at qüvvəli Kia Stinger fastbekinin maksimal sürəti 225 km/saata bərabərdir.
Eyni zamanda, Avropa üçün nəzərdə tutlmuş Kia Stinger modelinin mühərrik çeşidinə iki benzin mühərriki daxil edilmişdir. Bunlar 225 at qüvvəsi və 353 Nm fırlanma anına malik olan 2,0-litrlik turbomühərrik, həmçinin 370 at qüvvəsi və 510 Nm fırlanma anı təklif edən 2,3-litrlik iki turbokompressorlu V6 mühərrikidir. “Stingerin” top variantı 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənəcək və 270 km/saat maksimal sürət həddinə malik olacaqdır.