Jeep şirkəti Avropada Gladiator pikapına sifarişləri qəbul etməyə başladığını açıqlayıb. Yerli bazarlarda avtomobillər yalnız start-stop sistemi ilə təchiz edilmiş və 264 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən edən 3,0-litrlik Multijet V6 turbodizeli ilə təklif olunur.. Güc qurğusu alternativsiz səkkiz pilləli “avtomat”, iki pilləli paylayıcı qutusu olan Selec-Trac tam ötürmə sistemi və Dana 44 körpüləri ilə birlikdə işləyir.
3,6-litrlik Pentastar V6 benzin mühərriki Avropada təklif edilməyəcəkdir. Lakin, Orta Şərq də daxil olmaqla, digər ixrac bazarlarında pikap belə mühərriklə təchiz olunacaqdır.
Jeep Gladiator Sport
Avropada Jeep Gladiator yalnız iki təchizat səviyyəsində satılacaqdır - baza Sport və daha bahalı Overland. Satışların başlanğıcında xüsusi Launch Edition seriyandan olan pikaplar da olacaqdır - belə avtomobillər 18-düymlük təkər diskləri, kuzov rənginə boyanmış sərt dam və ayrıca qapağı olan yük hissəsinin xüsusi tərtibatı ilə seçiləcəkdir.
Qara dəri ilə üzlənmiş salonda Alpine Premium səs sistemi və arxa divanın yastığının altında əlavə baqaj bölməsi quraşdırılımışdır. Alcıcılar doqquz kuzov rəngindən birini seçə bilərlər var. Bundan başqa, qara rəngə boyana bilən standart sərt damın yerinə yumşaq tavanı da seçmək olar.
Jeep Gladiator Overland
Pikapın standart avadanlıq siyahısına tamamilə LED işıq texnikası, 7-düymlük sensorlu ekran olan Uconnect mediasistemi (alternativ olaraq daha böyük, 8,4 düymlük sensorlu ekranı və naviqatoru olan multimedia sistemi mövcuddur), ön və arxa park sensorları, arxa görüntü kamerası, habelə elektron köməkçilər və təhlükəsizlik sistemləri kompleksi daxildir.
Bununla birlikdə, avtomatik əyləc və kor zonalara nəzarət sistemləri, ön kamera, adaptiv kruiz-kontrol və avtomatik uzaq işıqlar funksiyası yalnız əlavə ödəniş ilə əlçatandır. Əlbəttə ki, şirkət kifayət qədər fərdiləşdirmə variantları da təklif edir: müştərinin ixtiyarına Mopar kataloqundan olan iki yüz aksesuar verilib.
Jeep Gladiator Overland
Pikapın qiymət siyahısı hələlik bir sıra ölkələrdə dərc olunub. Məsələn, İtaliyada Overland təchizat səviyyəsində olan Gladiator modeli 54.700 avroya başa gəlir, Launch Edition versiyası isə 58.700 avroya satılacaqdır. Avtomobillər bir neçə həftə ərzində satışa çıxarılacaqdırlar. Təəssüf ki, Jeep Gladiator pikaplarının Azərbaycan bazarında nə zaman debüt edəcəyi barədə məlumat yoxdur.