Ötən ilin aprel ayında Changan Mazda birgə müəssisəsi yapon istehsalçısının Changan avtomobilinə əsaslanan ikinci modeli olan Mazda EZ-60 elektrik krossoverini təqdim edib. Xatırladaq ki, ilk belə avtomobil Shenlan SL03 modelinin yenidən işlənmiş versiyası olan Mazda EZ-6 liftbəki olub. Öz növbəsində, Mazda EZ-60 krossoveri Shenlan S07 modelinə əsaslanır.

İndi isə, Mazda CX-6e krossoveri Avropa və Avstraliyanın ixrac bazarlarına çıxıb. Eksteryer dizaynı cəhətindən avtomobil dəyişməz qalır və Çində satılan Mazda EZ-60 versiyasının orijinal görünüşünü qoruyub saxlayır. Avtomobilin görünüşü yapon brendinin hazırkı üslubuna uyğundur. Ön və arxa panellər Mazda brendinin müasir dizayn dilini əks etdirir, həm pəncərə xətti, həm də arxa dam dirəkləri yenidən dizayn edilib. Avtomobilin ölçüləri orijinalla müqayisədə böyüyüb: krossoverin uzunluğu 4850, eni - 1935, hündürlüyü - 1620, təkər bazası isə, 2902 millimetrdir. Krossoverin klirensi 158 millimetr təşkil edir.

Avropa Mazda CX-6e modelinin salonu da Çin modelini təkrarlayır. Ön paneldə 5K icazəli cütlənmiş 26,5 düymlük displey var. Ön panelin yan tərəfində arxa görüntü kameralarının ayrıca ekranları var, baxmayaraq ki, baza modeli standart güzgülərlə təchiz olunur. Bütün oturacaqlar qızdırılır və havalandırılır, audio sistemi 23 dinamikə malikdir və Dolby Atmos texnologiyasını dəstəkləyir. Baqajın həcmi 468 - 1434 litr arasında qədər dəyişir. Əlavə 80 litrlik bölmə elektrik avtomobilinin kapotunun altında yerləşir.

Hibrid kimi də mövcud olan Çin modelindən fərqli olaraq, Avropada satılan Mazda CX-6e krossoveri yalnız elektromobil kimi mövcuddur. Krossover arxa oxda quraşdırılmış 258 at qüvvəsi hasil edən elektrik mühərrikinə və 78 kilovat/saatlıq dartma batareyasına malikdir. WLTP dövrünə əsasən yürüş məsafəsi 484 kilometrdir. Krossover 0-dan 100 km/saata 7,9 saniyəyə sürətlənir və onun maksimal sürəti 185 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mazda CX-6e modelinin Avropadakı satışlarına bu ilin yayında başlanmalıdır. Almaniyada başlanğıc səviyyəli elektrik krossoverinin qiyməti 50.000 avrodan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.