Kia şirkəti orta ölçülü EV5 elektrik krossoverini 2023-cü ildə təqdim edib. Bu elektromobil Çində istehsal olunur və satılır, habelə oradan Asiya, Afrika, Cənubi Amerikanın bəzi ölkələrinə, həmçinin Avstraliya və Yeni Zelandiyaya ixrac edilir. Bununla belə, Kia EV5 krossoverinin Avropa üçün nəzərdə tutulmuş versiyası yalnız indi debüt edib. Üstəlik, modelin yeni istehsal və bazar perspektivləri açıqlanıb.

Avtomobilin dizaynı Kərim Həbibin başçılıq etdiyi stilistlər komandası tərəfindən hazırlanmış firma Opposites United üslubunda dizayna malikdir və Avropada satılan versiya zahiri cəhətdən digərlərindən heç nə ilə fərqlənmir. Qeyd etmək gərəkdir ki, ölçülərinə görə Kia EV5 uzunbazalı Kia Sportage krossoveri ilə müqayisə oluna bilər: onun uzunluğu 4610, eni - 1875, hündürlüyü isə, 1675 millimetr təşkil edir. Təkər bazasının genişliyi 2750 millimetr, pasport üzrə klirens isə, 167 millimetrdir. Ölçüləri 18 və ya 19 düym olan üç varinatda təkər diskləri təklif olunur.

Krossoverin interyerində praktikliyə xüsusi diqqət yetirilir: məsələn, tamamilə rəvan döşəmə sərnişinlər üçün daha çox yer yaratmağa imkan verib. Geniş transformasiya variantları və kiçik əşyalar üçün çoxlu bölmələr bəyan olunub. Ön paneldə cihazlar paneli və media sisteminin 12,3 düymlük ekranları quraşdırılıb. Onların arasında isə, mikroiqlimi idarə etmək üçün nəzərdə tutulmuş ayrıca displey yerləşir. Transmissiyanın selektoru sükan sütununda yerləşir, mərkəzi tuneldə isə, fincan tutacaqları və simsiz doldurma meydançası peyda olub. Arxa baqaj bölməsinin tutumu 566 litr (arxa oturacaqlar qatlandıqda 1650 litr), əlavə ön bölümün isə, 44,4 litrdir.

Kia EV5 modeli E-GMP platformasının sadələşdirilmiş 400 voltluq versiyasına əsaslanır. Öndə - McPherson dayaqları, arxada - çoxqollu asma var. Əgər Çində ön və ya tam ötürməli versiyalar istehsal edirlərsə (müvafiq olaraq 218 və ya 313 at qüvvəli),  Avropada yalnız bir mühərriki olan ön ötürməli versiyalar satılacaq. Güc aqreqatı 217 at qüvvəsi və 295 Nm hasil edir, krossoverin 100 km/saata sürətlənməsi 8,4 saniyə çəkir. Maksimum sürət 165 km/saatdır. Yedəyə alınan qoşqunun icazə verilən çəkisi isə 1200 kiloqramdır. 

Ən mühüm fərq - dartma batareyalarıdır. Əgər Çin istehsalı olan avtomobillər FinDreams (BYD bölməsi) şirkətinin 64,2 və ya 88,1 kilovat/saatlıq litium-dəmir-fosfat batareyaları ilə təchiz olunurlarsa, Avropada daha bahalı 60,3 və ya 81,4 kilovat/saatlıq NMC batareyaları təklif ediləcəklər. Böyük tutumlu batareyası olan krossover enerji doldurmadan 530 kilometr məsafə qət edə biləcək, 19 düymlük təkər diskləri olan GT-Line versiyası üçün isə, 505 kilometrlik (WLTP dövrünə uyğun olaraq) yürüş vəd olunub. Sabit cərəyanlı (150 kilovata qədər) terminaldan batareyanın 10-dan 80% -ə qədər doldurulmasına 30 dəqiqə gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada satılacaq avtomobillər Çində deyil, Cənubi Koreyada istehsal olunacaq. Həmin avtomobillər daha sonra Koreya və Şimali Amerika bazarlarına çıxarılacaqlar. Kia EV5 Avropa dilerlərində yalnız bu ilin sonunda peyda olacaq, müvafiq olaraq, qiymətlər də hələlik açıqlanamyıb. Bir müddət sonra çeşidin genişləndirilməsi gözlənilir: tam ötürməli variantlar, habelə xüsusi kuzov dəsti və 20 düymlük təkər diskləri olan Kia EV5 GT top versiyası debüt etməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.