Bir ay əvvəl Şanxay avtosalonunda səkkizinci nəsil Lexus ES sedanının dünya premyerası baş tutub. Debüt məkanı təsadüfən seçilməyib, çünki Lexus ES modelinin dünya üzrə satışlarının təxminən yarısı Çin bazarının payına düşür. Bununla belə, sedan qlobal model kimi yaradılıb, ona görə də digər bazarlar üçün variasiyalar tədricən təqdim olunur. Bu günlərdə Avropa bazarında satılacaq yeni Lexus ES sedanı debüt edib.

Avropada Lexus ES modeli 2018-ci ildə - klassik dizaynlı Lexus GS sedanının populyarlığını (istehsal 2020-ci ildə dayandırılıb) itirməsindən sonra, onun yerini doldurmaq üçün debüt edib. İndi isə, burada yeni, səkkizinci nəsil Lexus ES satışa çıxacaq. Bu sedanın xarici görünüşü bütün satış bazarları üçün eynidir. İlkin olaraq, bağlı ön paneli ilə seçilən elektrik versiyaları debüt edib, lakin hibrid variantlar üçün ənənəvi radiator barmaqlığı vəd olunur. Sedanın uzunluğu 5140 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə, 1560 millimetr təşkil edir. Yeni sedanın təkər bazası 2950 millimetrdir. Beləliklə, yeni sedan sələri ilə müqayisədə 165 millimetr uzun, 55 millimetr geniş və  115 millimetr hündürdür. Təkər bazası 80 millimetr artırılıb.

Media sisteminin ikili ekranı olan Çin versiyasından fərqli olaraq (ikinci displey sərnişinin qarşısındadır), Avropadakı avtomobillər yalnız bir taçskrinlə kifayətlənməli olacaqlar. Bununla belə, bu 14 düymlük “TV” Lexus brendinin tarixindəki ən böyük media ekranı olub. Yüksək keyfiyyətli tərtibat materialları, ayaqlar üçün dayaq və qabaqcıl kontur işıqlandırması nəzərdə tutulub. Sifariş üçün on yeddi dinamiki və həcmli səsi olan Mark Levinson audio sistemi mövcuddur.

Formal olaraq, Avropa Lexus ES Çində olduğu kimi, dörd modifikasiyada təklif olunur (iki hibrid və iki elektrik), lakin yenə də fərqlər var. ES 350e (224 at qüvvəsi, ön ötürmə) və ES 500e (343 at qüvvəsi, tam ötürmə) elektrik versiyaları üçün Çində olduğu kimi eyni güc göstəriciləri elan edilib, lakin ilk “yüzlüyə” sürətlənmə müddəti azaldılıb: baza versiyası üçün 8,9-dan 8,2 saniyə, tam ötürməli versiya üçün isə, 5,9-dan 5,7 saniyyə qədər. Boş çəkisi 2105–2185 kiloqram olan Lexus ES 350e sedanı 77 kilovat/saatlıq batareya ilə təchiz edilib və 530 kilometr (WLTP dövrü) qət edə bilir. 2205-2285 kiloqram ağırlığında olan 500e isə, 75 kilovat/saatlıq batareyaya malikidr (yürüş məsafəsi göstərilməyib).

ES 300h və ES 350h hibrid versiyaları 2,5-litrlik mühərriklə təchiz olunub, baxmayaraq ki, Çində ön ötürməli ES 300h modeli 2,0-litrlik atmosfer mühərrikinə (197 at qüvvəsi) malik olacaq. Bununla belə, 2,5-litrlik mühərriki olan avtomobillərin ümumi hasilatı satış bazarından və ötürmənin növündən asılı deyil: ES 300h versiyası üçün 201 at qüvvəsi, ES 350h variantı üçün isə, 247 at qüvvəsi. Eyni zamanda, Avropa avtomobillərində 100 km/saata sürətlənmə həmçinin daha az vaxt tələb edir: məsələn, tam ötürməli top versiya bu həddi 7,8 saniyə əvəzinə 7,5 saniyəyə toplayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maraqlıdır ki, Avropa hibridləri ES 300h və ES 350h təkcə qiymət və status ilə deyil, həm də satış coğrafiyası ilə fərqlənirlər. Qərbi Avropada yalnız Lexus ES 300h versiyası, Şərqi Avropada isə, ES 350h versiyası satılacaq. Satışlara 2026-cı ilin yazında başlamaq planlaşdırılır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.