Bildiyimiz kimi, Avropada Audi SQ7 və SQ8 modelləri mürəkkəb və bahalı turbodizel olan 4,0-litrlik TDI mühərriki ilə təchiz edilir. İki turbokompressora, elektrik üfürməsinə və yardımçı startyor-generatora malik olan dizel aqreqat 435 at qüvvəsi və 900 Nm fırlanma anı təklif edir.
Audi şirkəti, Avropa bazarında satılan SQ7 və SQ8 krossoverlərini benzin mühərriki ilə təchiz edəcəkdir. Audi SQ7 və SQ8 modellərinin kapotu altındakı 4,0 TFSI V8 mühərriki 507 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir. Məlumdur ki, Audi RS Q8 modelinin kapotunun altında quraşdırılmış eyni mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Hətta, Lamborghini Urus modelində bu aqreqat 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir.
Krossoverlər dizel versiyasında olduğu kimi 8-pilləli “avtomat” və qeyri-simmetrik Torsen differensialı olan Quattro (40:60 nisbətində arxa oxun xeyrinə) tam ötürməsi ilə təchiz edilirlər. Tam idarələnən şassi Amerikada satılan krossoverlərin baza təchizatına daxil edilsə də, aktiv stabilizatorlar və idarələnən arxa differensial üçün əlavə ödəniş etməli olacaqsınız.
Məlum məsələdir ki, benzin krossoverlər dizellərdən daha dinamikdirlər: 100 km/saat) həddinə sürətlənməyə benzin variantlar 4,1 saniyə sərf edirlər. Avropada satılan “qaynar” dizelllər isə 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənirlər. Krossoverlərin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Mühərrikinin qənaətcilliyini artırmaq üçün, onu aşağı yükləmələrdə silindrlərin yarısının söndürülməsi sistemi ilə təchiz ediblər. Ayrıca, benzin krossoverlərinin avadanlıq siyahısına adaptiv pnevmatik asqı, tam idarəolunan şassi və aktiv elektromexaniki stabilizatorlar daxil edilibdir.
Benzin mühərriki ilə təchiz edilmiş Audi SQ7 və SQ8 krossoverlərinin Avropada satışlarına payızda başlanacaqdır. Qiymətlər artıq məlumdur: Almaniyada krossoverlər müvafiq olaraq 93.3 və 101.1 min avrodan başlayan qiymətlərlə satılacaqdırlar.