Toyota şirkətinin Gazoo Racing idman bölməsi yapon markasının əksər modelləri üçün GR ​​Sport “idman” versiyalarını hazırlayır. Bu günə qədər belə versiyalara Yaris və Corolla modellərindən tutmuş C-HR və HiLux modelləri də sahib olublar. Artıq növbə Avropada satılan RAV4 krossoverinə gəlib çatıb: GR Sport indeksini daşıyan versiya adi krossoverdən parlaq qara dekoru və zəngin avadanlıq dəsti ilə fərqlənir.

Krossover daha güclü mühərrikə sahib olmasa da,  yenidən tənzimlənmiş asqını, daha sərt yayları və yeni amortizatorları əldə edib. Toyota RAV4 GR Sport versiyasının Avropadakı satışlarına bu ilin dördüncü rübündə başlanmalıdır.

Toyota RAV4 GR Sport avropalılara iki hibrid versiyada təklif olunacaqdır. Birinci halda, bu, 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan 218 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilmiş versiya, ikinci halda isə, arxa oxda ayrıca elektrik mühərriki olan plagin hibrid versiyasıdır. Sonuncunun hasilatı 306 at qüvvəsidir.

Qeyd etmək gərəkdir ki, GR Sport tərtibatı yalnız tamötürməli krossoverlər üçün əlçatan olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

RAV4 GR Sport versiyasını tağlardakı qara genişləndiricilər, qara yan moldinqlərdən və baqaj qapısındakı dekorativ əlavə sayəsində tamımaq olar. Belə krossover radiator barmaqlığının başqa naxışı və orijinal dizaynlı 19-düymlük təkər diskləri ilə də fərqlənir. Seçilən xüsusiyyətlərdən biri də GR nişanlarıdır.

“İdman” krossoverinin təchizatına multimedia sisteminin 10,25-düymlük ekranı, 12,3-düymlük cihazlar paneli və Toyota Safety Sense təhlükəsizlik sistemləri dəsti daxildir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.