Cari 12-ci nəsil Toyota Corolla modeli 2018-ci ildən bəri buraxılır, lakin plan üzrə yenilənmə hələ irəlidədir. Hələlik isə, Avropa bazarı üçün cuzi şəkildə təkmilləşdirilmiş versiya hazırlanıb. Xatırladaq ki, yerli bazarda Corolla modeli təkcə sedan (müəyyən ölkələrdə satılır) kuzovu ilə deyil, həm də hetçbek və universal kuzovları ilə də təklif olunur.
Dəyişikliklər azdır və ən vacibi isə yeni mediasistemdir. Mediasistem əvvəlki kimi səkkiz düymlük taçskrinə malikdir, lakin onun ətrafındakı çoxsaylı analoq düymələrindən yalnız səsin yüksəkliyini tənzimlənməsi düyməsi qalıb. Yeni prosessor əvvəlkindən 2,4 dəfə yeyin işləyir,quraşdırılmış modem əlavə olunub, onlayn imkanlar genişləndirilib, səs köməkçisi yaxşılaşdırılıb, Apple CarPlay tətbiqinə birləşmə isə indi simsizdir.
Toyota Corolla Touring Sports Trek
Zahiri dəyişikliklər rəng palitrasına əlavə edilmiş yeni çalarlardan və sedan üçün təklif olunan 17-düymlük disklərdən ibarətdir. Corolla modelinin çeşidinə Toyota Corolla Touring Sports Trek xüsusi kross-universalı əlavə edilib ki, bu model də velosiped istehsalçısı olan Trek Bikes firması ilə “birgə” hazırlanmış model kimi səciyyələndirilir.
Bu versiyanın adi universaldan fərqləri kuzovun perimetri üzrə vurulmuş plastikdən müdafiə qurşağı və 20 millimetr artırılmış klirensidir. Yeni Trek Special Edition təchizat səviyyəsi isə özünəməxsus dizaynı olan 18-düymlük disklərinə, yan şüşələrin xrom haşiyəsinə və salonun qara dekoruna malikdir.
Texniki dəyişiklilər nəzərdə tutulmayıb. Avropada təkmilləşdirilmiş Corolla modellərinə sifarişlər artıq qəbul olunur, onların satışlarına isə gələn ilin yanvarında başlanacaqdır. Modelin Almaniyadakı qiyməti 28 min avrodan başlayır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.