2020-ci ilin aprel ayında Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) Avropada yeni avtomobil satışlarında 76,3% azalma qeydə alıb - bu statistik müşahidələrin tarixindəki ən pis aydır. Yanvar - Aprel aylarında qeydiyyata alınan avtomobillərin sayı 38,5% azalıb.
Avropa Birliyi ölkələrində yeni avtomobillərin satışları ardıcıl olaraq azalaraq, yeni anti-rekordlara imza atır. Əgər, 2020-ci ilin yanvar ayında ACEA 7,6 faizlik azalma barədə məlumat vermişdisə, mart ayında isə, COVID-19 pandemiyası səbəbi ilə avtomobil bazarı tarixindəki ən güclü sarsıntılarından birini yaşayıb - satışlar 55.1 % azalıb. Aprel hesabatı isə ümumilikdə tarixi minimumu nümayiş etdiribi - mənfi 76,3% . Aprel ayı ərzində dilerlər 270.682 nəqliyyat vasitəsi satdılar. Müqayisə üçün keçən ilin müvafiq dövründə 1.143.046 avtomobil satılmışdı.
Demək olar ki, bütün Avropa ölkələrində satışlar iki dəfə azalma göstəriblər. İtaliya, Böyük Britaniya və İspaniya bazarları ən çox zərər görən bazarlardır - mənfi 97,6, 97,3 və 96,5 faiz. Onları Belçika (-90.1%), Fransa (-88.8%), Xorvatiya (-87.5%) və Portuqaliya (-87%) təqib edir. Ən yaxşı nəticələr Danimarka (-37%) və Finlandiyada (-38,6%) qeydə alınıb.
Mənbə: Bloomberg