JATO Dynamics agentliyinin məlumatına görə, 2020-ci ilin aprel ayında Avropada yeni avtomobillərin satışları 78% azalaraq, 292.600 ədəd təşkil edib. Bu, ötən əsrin 70-ci illərindən bəri əldə edilən ən pis nəticədir. Səbəb məlumdur: koronavirus ucbatından avtomobillərin istehsalının və avtosalonların fəaliyyətinin dayandırılması, həmçinin eyni səbəbdən əhalinin aktivliyinin azalması.
Eyni zamanda, hibridlər, təkrar doldurulan hibridlər və elektromobillər də daxil olmaqla elektrikləşdirilmiş avtomobillərin satışı 46% azalıb. Beləliklə, elektrikləşdirilmiş modellərin payı 17% qədər artıb ki, keçən ilin müvafiq dövründə bu göstərici 7% təşkil edirdi.
Ən təəccüblüsü odur ki, təkrar doldurulan hibridlərin satışları bir qədər artım göstərib, adi hibridlər isə əksinə, satışların sürətlə azalması ilə qarşılaşıblar. Tam statistika belədir:
- Elektrikli avtomobillər: 16,700 (-29%)
- Doldurula bilən hibridlər: 14,000 (+ 7%)
- Adi hibridlər: 18,900 (-66%)
- Bütün doldurulan avtomobillər (elektrokar və PHEV): 30,700 (- 16%)
- Bütün elektrikləşdirilmiş avtomobillər (-46%); Avropanın 27 bazarında 50.400
Avropada ən çox satılan elektrik avtomobilləri Tesla Model 3 (2,278 ədəd), Renault ZOE (2112 ədəd), Volkswagen e-Golf (1,634 ədəd) və Audi e-tron (1.289 ədəd) modelləri olub. Ümumiyyətlə, Avropanın ən populyar 10 avtomobili belə sıralanır: