Avropa komissiyasının yol-nəqliyyat hadisələri barədə dərc etdiyi illik hesabatda Avropa İttifaqının sürücülər üçün ən təhlükəsiz və ən təhlükəli ölkələri müəyyən edilib. Reytinqin əsasını 10 min sakinə düşən qəzaların sayı təşkil edib.
Ən təhlüksiz ölkələrin reytinqində beşinci yerdə Polşa qərarlaşıb. Bu ölkədə 1- min sakinə 8,9 hadisə düşüb. Dördüncü yer Fransaya qismət olub - 8,6 hadisə. Üçüncü yerdə Finlyandiya qərarlaşıb - 8,5 hadisə. Avropanın ikinci ən təhlükəsiz ölkəsi Kipr olub. Bu ölkədə 10 min nəfərə 7,5 hadisə düşür. Qalib 10 min sakinə beş hadisə ilə Danimarka olub.
Ən pis nəticələri göstərən ölkələr arasında beşincilik Portuqaliyaya qismət olub. Bu ölkədə 10 min sakinə 31,4 hadisə düşüb. Dördüncü yeri eyni rəqəmlə Sloveniya tutub. Üçüncü yerdəki Belçikada bu rəqəm 35,1 olub. Sondan ikinci yer Almaniyaya verilib - 37,2. Avropanın ən təhlükəli ölkəsi isə Avstriya olub. Bu ölkədə 10 min sakinə 43,6 hadisə düşüb.
Mənbə: Canvas Holidays