Avstriyanın Şpilberqdəki Red Bull Ring avtodromunda keçirilmiş təsnifat mərhələsində poulu əldə edən pilot Mercedes komandasının fin pilotu Valtteri Bottas olub.

Sabah baş tutacaq yarışda fin pilotla ilk cərgədən Ferrari komandasının alman pilotu Sebastyan Fettel start alacaqdır. Bottasın komanda yoldaşı Lyuis Həmilton üçüncü nəticəni göstərsə də, britanliyalı pilot ötürmələr qutusunu dəyişdirdiyinə görə beş yer itirəcəkdir. Beləliklə, Fettellə çempionluq titulu uğrunda mübarizə aparan Həmilton sabahkı yarışı səkkizinci olaraq başlayacaq. 

Scuderia Ferrari komandasının fin pilotu Kimi Rəykkonen Həmiltonun geriləməsi nəticəsində üçüncü yerə qalxaraq sabahkı yarışı ikinci cərgədən Red Bull pilotu Dəniel Rikkardo ilə birlikdə başlayacaq. Rikkardonun komanda yoldaşı Ferstappen altıncı, Qrojan isə yeddinci olaraq start alacaqdır. İlk onluğu Peres, Okon və Sayns tamamlayıblar.

Qeyd etmək lazımdır ki, təsnifat mərhələsinin üçüncü seqmetində Qrojanın bolidinin nasazlığı ucbatından pilotların son cəhdləri yarımçıq qalıb. Üstəlik, yeddinci döngədə Ferstappen idarəetməni itirərək trekin xaricinə çıxıb. Üçüncü seqmentin başlanğıcında liderliyə yüksələn Bottasın zamanını keçmək üçün pilotların şansı olmayıb. İstənilən halda, bizi sabah maraqlı yarışın gözlədiyini söyləmək olar. Səkkizinci yerdən start alan Həmilton əsas rəqibi olan Fetteli keçmək üçün əlindən gələni edəcəkdir. Britaniyalının iki gün ərzində göstərdiyi yüksək tempi nəzərə alsaq bu onun üçün heç də çətin olmayacaqdır.

Əlbəttə ki, startda qəzalar olmazsa...

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt