Bu gün Formula 1 üzrə 68-ci dünya çempionatının ilk təsnifat mərhələsi keçirilmişdir. Yeni mövsümün ilk poulunu Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton əldə etmişdir.

Yeni mövsümün ilk poulu Həmiltona elə də asan başa gəlməmişdir. Mövsümöncəsi testlər zamanı hansı komandanın yeni reqlamentdən daha yaxşı yararlandığı bir qədər müəmmalı qalmışdır. Ekspertlərin bir hissəsi Mercedes komandasının, digər hissəsi isə Ferrari komandasının üstün olacağını ehtimal edirdilər. Bunun sualın cavabını bu gün keçiriləcək Avstraliya Qran Prisinin təsnifat mərhələsi verməli idi. Cümə günü keçirilmiş sərbəst yürüşlər Mercedes pilotlarının üstünlüyü ilə keçsə də, şənbə günü baş tutmuş sərbəst yürüşlərdə Ferrari komandasının alman pilotu Sebastyan Fettel günün protokoluna başçılıq etmişdi.

Beləliklə, hər kəs səbirsizliklə ilk sıralama turlarını gözləyirdi.

Antonio Covinazzi (Sauber)

İlk seqmentdə Ferrari pilotları dövrəyə SuperSoft təkərləri ilə başlasalar da, qalan pilotlar UltraSoftu seçmişdi. Raykkonen sonradan UltraSofta keçsə də, ilk nəticəni göstərmiş  Həmiltona çata bilmədi. Covinazzi, Maqnussen, Palmer və Stroll sıralamanı tərk edən ilk pilotlar oldular. Yeri gəlmişkən, çempionlar yarışında zədə alan Paskal Verlyaynı əvəz edən Covinazzi güclü çıxışı ilə yadda qaldı. Sauber bolidinin sükanı arxasında 1 saat keçirmiş italyan pilot çoxlarını təəccübləndirə bildi. Antonio Covinazzi, 2011-ci ildən sonra yarışlarda iştirak edən ilk italyan pilotdur.

İkinci seqment komandaların həqiqi güclərini ortaya çıxardı. Bu seqmentdən sonra poul uğrunda mübarizənin Mercedes və Ferrari pilotları arasında gedəcəyindən artıq heç kim şübhə etmirdi. Bottas ilk nəticəni göstərərək komanda yoldaşı Həmiltonu 0,036 saniyə üstələmiş oldu.

Bottas, Həmilton, Rəykkonen və Fettel 0,25 saniyənin içində yerləşmişdilər. Qalan pilotlar isə liderlərə 0,7 saniyədən artıq uduzurdular.

Daniel Rikkardo (Red Bull Racing)

Qeyd etmək lazımdır ki, seqmentin son anları çox həyəcanlı və maraqlı keçən anlar oldu. Pilotlat bir-birinin ardınca nəticələri yaxşılaşdırmağa başladılar və rəqiblərini top onluqdan çıxarmağa çalşdılar. Sonunda sıralamanı ikinci seqmentdə tərk edən pilotlar Peres, Hülkenberq, Alonso, Okon və Eriksson oldu. Toro Rosso pilotları Kvyat və Sayns son anda üçüncü seqmentə adlamağı bacardılar.

Üçüncü seqment yağış damcılarının meydana gəlməsi ilə başladı.  Həmilton ilk cəhdində 1.22,496 zaman göstərərdi. Fettel ilə Bottas ondan, müvafiq olaraq, 0,300 və 0,302 saniyə geridə qalırdılar. Kimi Rəykkonen isə liderə 0,939 saniyə uduzdu. Yerli azarkeşlərin sevimlisi Daniel Rikkardo 14-cü döngədə qəza törədək qımızı bayraqların dalğalanmasının səbəkarı oldu. Bu hadisə onun arxasınca gələn pilotların zamanlarını korladı.

Daniil Kvyat (Toro Rosso)

Təsnifat mərhələsi bir müddətdən sonra bərpa edilsə də, artıq pilotların bir sürətli dövrə vurmaq imkanı vardı. Özünün ikinci cəhdində Bottas Həmiltonun vaxtını yaxşılaşdırsa da, Lyuis tezliklə status-kvonu yenidən bərpa etdi. Sürətli dövrəyə sonuncu yollanan Fettel Həmiltondan 0,268 saniyə geridə qalaraq ikinci nəticəni göstərdi. Sabah alman pilot Həmiltonla birlikdə ilk sıradan start alacaqdır.

İki fin pilot - Bottas və Rəykkonen, - yarışı komanda yoldaşlarının ardından ikinci sırada başlayacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt