Avstraliyanın Brisben şəhərinin sakini Brayan Recinald oğlu ilə birlikdə Land Rover Defender ofrouderinin Hot Wheels oyuncaq maşınları üslubunda versiyasını hazırlayıb. Min avstraliya dollarına alınmış köhnə ofrouderin hazırlanmasına iki il sərf edilib.
Brayan və onun oğlu artıq 15 ildir ki, Hot Wheels oyuncaqlarını yığırlar. Məhz bu oyuncaqlar onlara Defender modelini tüninq etməyə ilham verib. Ofrouder 1985-ci ilin Land Rover Defender County modelinin bazasında inşa edilib, həmçinin pnevmatik asqı və V8 mühərriki ilə təchiz olunubdu. Avtomobilin kuzovu qaranlıqda işıqlanan rəngə boyanıbdır.
Hot Wheels Land Rover Defender County modelinin sahibinin sözünə görə, ofrouder 160-180 km/saata qədər sürətlənə bilər. Avtomobilin inşasına 30 min avstraliya dolları xərclənib.