Avstraliyanın polis naziri Troy Qrant polisə müraciət edərək ona sükan arxasında telefondan istifadə etdiyinə görə cərimə yazılmasını xahiş etmişdir. Daily Mail nəşrinin verdiyi xəbərə görə, Qrant hərəkətsiz avtomobildə sürücü yerində oturduğu vaxt smartfonla şəkil çəkmişdir.
Bu hadisə nazirin Twitter səhifəsində baqajında qoyun olan digər avtomobilin çəkilmiş şəklin yerləşdirilməsindən sonra baş vermişdir. Nazirin abunəçiləri ona sükan arxasında smartfondan istifadənin qadağan olduğunu xatırlatmışdırlar.
Bundan sonra Qrant yol verdiyi qayda pozuntusu haqqında polisə xəbər verərək özünə 325 avstraliya dolları (təxmini 250 ABŞ dolları) məbləğində cərimə yazılmasını xahiş etmişdir. Bundan başqa, nazir dörd cərimə balı ilə də cəzalandırıla bilər. Maraqlıdır ki, nazir şəkili hərəkətsiz avtomobildə çəkmişdir - o, təmir işləri ilə əlaqədar yaranmış tıxacda durubmuş.
Daily Mail nəşrinin sərhində mühərrikin söndürüldüyü qeyd edilsə də, yerli qanunlar telefondan sükan arxasında yalnız dayanacaqda durmuş və yolun hərəkət hissəsində olmayan avtomobildə istifadə etməyə icazə verir.
Qrant dayanma zamanı qadjetlə manipulyasiyanın qadağan edildiyindən xəbərsiz olduğunu bildirərək, yol verdiyi qayda pozuntusuna görə avstraliyalılardan üzr istəmişdir.
Belə ki, Avstraliyada sükan arxasında telefonda mətn yazmaq, səsli mesaj yaratmaq, foto və video çəkmək, sosial şəbəkələrdən istifadə etmək və ümumiyyətlə qurğunu əldə tutmaq qadağandır. Sürücü ehtiyac yaranarsa telefonu sərnişinə ötürə bilər.
Yerli qanunlara əsasən, telefonun xüsusi tutacaqla bərkidildiyi və görməyə maneçilik törətmədiyi zaman ondan istifadə edilməsinə icazə verilir.