Şənbə günü keçirilmiş Sprint yarışından fərqli olaraq, dünən Ştiriya dağlarının ətəyində keçirilən tam ölçülü yarış daha həyəcanlı olub. Əsasən də son 20 dövrə…
Sprint yarışında Red Bull Racing komandasının çempion pilotu Maks Ferstappen üstünlüyə malik olub və startdan sonra Ferrari pilotlarının təqibindən yaxa qurtararaq problemsiz şəkildə 25 dövrəni başa vurub. Lakin sprintin qalibi sabah qələbə əldə etməyin şənbə günü kimi asan olmayacağını da bildirmişdi. Sprint yarışı isə, daha çox Lekler və Saynsın kompromislərsiz mübarizəsi ilə yadda qalıb.
Startda liderliyini qoruyan Maks Şarl tərəfindən üç dəfə keçiriləcəyini belə düşünmürdü
Görünən odur ki, paddokdakıların bilmədiyi, lakin Ferstappenin və Red Bull komandasının bildiyi əhəmiyyətli bir məsələ var. Güman edirəm ki, bu yaxınlarda qoxusu çıxar…
Beləliklə. Yarışın startında Ferstappen yerini qoruyub saxlamağa müvəffəq olub. Hər kəsin əsas yarışın sprint kimi Maksın üstünlüyü ilə keçəcəyini fikirləşənlər isə 12 dövrədə yanıldıqlarını anlayıblar. Startdan başlayaraq Red Bull pilotunun “qçmasına” icazə verməşən Şarl Lekler hollandıyalını geridə qoyub. Lakin bu Leklerin Ferstappeni son ötməsi olmayıb - monakolu 32-ci dövrədə niderlandlını dübarədən keçib. Üçüncü dəfə (!) isə, Şarl Maksı 53 dövrədə keçib. Necə deyərlər, Kərbəlayinin oğlu Yədullanın müsibəti Maksin başına gələnlərin yanında yalan olub.
Ştiriya dağının narıncı rənglərə bürünmüş ətəkləri
Maraqlıdır ki, bu günə qədər çoxsaylı səhvə yol vermiş Ferrari strateqləri bu dəfə demək olar ki, ideal strategiya seçiblər. Ferrari pilotları rəqiblərindən daha geç pit-stopa yollanaraq yeni şinlər və sürətli avtomobil sayəsində heç kimə şans verməyiblər. Əgər 57-ci dövrədə Saynsın bolidindəki Ferrari mühərriki iflas etməsəydi, bu gün Scuderia Avstraiyadakı dublu bayram edirdi.
Red Bull Racing komandasının ikinci pilotu Peres isə, Monakodakı qədər şanslı olmayıb. Yarışın ilk dövrəsində Mercedes pilotu Corc Rassel tərəfindən çınqıllığa göndərilən meksikalı sonradan ümumiyyətlə yarışı tərk etməli olub.
Günün pilotu Mik Şumaxer iş başında
Ştiriyadakı yarışın qəhrəmanlarından da biri əfasanəvi Mixael Şumaxerin oğlu Mik olub. Şənbə günü Həmiltonun hücumlarından uğurla müdafiə olunun gənc alman bu dəfə onu ötməyə belə müvəffəq olub - bu hadisə 5-ci dövrədə baş verib. Mik hətta 26-cı dövrədə digər bir dünya çempionunu - Fernando Alonsonu geridə qoyub.
Doğrudur, yeddiqat dünya çempionu sonrandan Miki keçməyi bacarıb, lakin tamaşaçılar gənc alman pilotun pilotajını layiqincə qiymətləndirərək onu “Günün pilotu” seçiblər. Qeyd etmək gərəkdir ki, Mixael özü də gəncliyində avtoritetlərlə kəllə-kəlləyə gəlməkdən çəkinmirdi.
Şarl Lekler iki dünya çempionunun əhatəsində
Artıq yuxarıda qeyd etdiyim kimi, yarışın ən həyəcanlı dövrələri Saynsın bolidindəki Ferrari mühərrikinin iflasından sonra başlayıb. Bir müddət sonra Monaklolu pilot akselerator pedalının ilişməsindən şikayətlənməyə başlayıb. Bunu eşindən Ferstappen sırlama rejiminə keçib və sürətli dövrələr vuraraq rəqibini haqlmağa çalışıb.
Lakin ən qəribəsi odur ki, bu problem Leklerin sürətinə heç də təsir göstərməyib - o, Ferstappen ilə ara məsafəsini sabit saxlamağa müvəffəq olub, həttə bir neçə dövrə Maks ilə sürətli dövrələr yarışına da girişib. Çox güman ki, Ferrari körpücüyü Toto Volfdan aldığı “tülkülük” dərsini yaxşı mənimsəyib və bu yolla rəqiblərini aldatmağa çalışıblar. Hər halda mənin ehtimalım budur.
Ştiriya narıncı rəngə boyansa da, bunun “öküzlərə” heç bir xeyri olmadı.
Məşəqqətli və həyəcanlı son beş dövrədən sonra Lekler finiş xəttini birinci keçərək layiq olduğu qələbəni əldə edib. Mask Ferstappen ikinci, fürsətlərin adamı Həmilton üçüncü olub. Perezi oyundan kənar qoyan Corc Rassel isə, komanda yoldaşının ardınca dördüncü olub. Esteban Okon, Mik Şumaxer, Lando Norris, Kevin Maqnussen, Daniel Rikkardo və Fernando Alonso ilk onluğu tamamlayıblar.
Avstriya Qran Prisindən sonra Ferstappen ilə Lekler arasında xal fərqi 38 xal təşkil edir. Ən əsası isə, Ferrari İmoladakı məğlubiyyətin əvəzini Red Bull Racing komandasının kürəyini evində - Ştiriya dağlarının ətəyində yerə vuraraq çıxıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.