Formula 1 çempionatının Avsrtiyadakı Red Bull Ring avtodromuna keçirilmiş yarış Mercedes komandasının fin pilotu Valtteri Bottasın qələbəsi ilə başa çatıb. F1 karyerasındakı ikinci qələbəsini əldə edən fin pilot həqiqətən əla pilotaj nümayiş etdirərək rəqiblərinə şans verməyib.

Bottas qələbəsinin əsasını dünən keçirilən sıralama turlarında poulu qazanmaqla qoymuşdur.

Bü gün isə, qırmızı işıqların sönməsinə fantastik reaksiya verən fin pilot hətta Fetteldə falstart təəssüratı belə yaradıb. Yarışın stüartları da Bottasın yerindən raket kimi tərpənməsinə inanmayaraq araşdırmalara başlayıblar. Startın videoyazısına baxan stüardlar fin pilotun işıqların sönməsi ilə irəliyə ildırım sürəti ilə atldığını şahidi olublar.

Əlbəttə ki, yarışın başlanğıcı hadisəsiz ötüşməyib - ilk döngədə iki «öküzün» və bir «toreadorun» iştirak etdiyi əsl korrida yaşanıb. Dənil Kvyat ilk döngədə əyləcləmədə səhvə yol verərək Alonsonun bolidinə vurub, bolidində sərnişinə çevrilmiş Fernando isə Ferstappeni vuraraq trekdən çıxarıb. Kvyat yoluna davam etsədə, Alonso bolidini tərk edərək yarışından çəkilməli olub.

Ferstappenin bolidi isə, canını Niderlandan gəlmiş geniş azarkeş kütləsinə boksda tapşırıb.

Yarışın əvvəlində Kimi Rəykkonen əvvəlcə Rikkardoya, sonra isə əla start alan Grojana keçilib. Qeyd etmək lazımdır ki, Qrojanın ilk dövrələrdəki pilotajı yarışa bir qədər həyəcan qatıb. Lakin, Bakıda keçirilən yarışa nisbətən Şpilberqdəki yarış çox sakit keçib. Valtteri sürətli dövrələr vuraraq Fettellə ara məsafəsini açmağa müvəffəq olub. Bottasın yarış tempi artıq birinci yerin taleyinin həll edildiyidən xəbər verirdi. 

Yarış boyu keçirilmiş yeganə pit-stoplar da yarışa həyəcan qatmağa imkan verməyib. Doğrudur, yarışın sonlarına yaxın Fettel Bottasa, Həmilton isə Rikkardoya yaxnlaşsa da, Fettelin də, Həmiltonun da cəhdləri boşa çıxıb. Üstəlik də şinləri ilə problem yaşayan Həmilton yarış boyu yüksək temp göstərə bilməyib. O, yalnız Rəykkoneni ötməyə müvəffəq olub. Əslinə qalsa Fettelin ikinciliyə razı qalmasının səbəbləri də məlumdur - hələik Bottas onun rəqibi deyil və üstəlik də Həmiltonun Rikkardonun arxasında qalması alman pilotun işinə yarayırdı.

Yarışın sonlarına yaxın «ayılmış» Rəykkonen sürətli dövrələrə imza atsa da, o yalnız beşinci yerdə finiş görə bildi. Şpilberqə ən yaxşı yarışlarından birini keçirən Grojan altıncı olub. O iki Force İndia pilotu Peres və Okonu üstələməyə müvəffəq olub.

İlk onluğu tamamlayan pilotlar Williams komandasının üzvləri Massa və Stroll olublar. Bu komandaların start mövqelərini nəzərə alsaq hər iki pilotun da uğurla çıxış etdiyini söyləmək olar. Beləliklə, Avstriya Qran Prisindən sonra Sebastyan Fettel 171 xalla pilotlar çempionatına liderlik edir. Həmilton rəqibindən düz 20 xal geridədir. Ön növbəsində bu günün qalibi olan Bottas komanda yoldaşı ilə fərqini 15-ə endirib. Komanda çempionatında Mercedes 287 xal toplayaraq Ferrarini 33 xal üsələyir. Red Bull Racing 152 xalla üçüncüdür.

Azərbaycan Qran Prisinin çox yüksək səviyyəyə qaldırdığı həyəcan həddinin bundan sonra heç bir mərhələdə keçilməsi mümkün görünmür. Bizim yarışda baş vermiş hadisələrin bolluğu nadir hallarda rast gəlinəndir.

Şpilberq kimi klassik trekdə yarışa həyəcanı yalnız yağış qata bilərdi ki, Avstriyada bu gözlənilsə də, təbiət ümidləri doğrultmadı. İndi isə güman Britaniya havasına qalıb. Bunun üçün isə, bircə həftə gözləmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt