Üç il əvvəl on birinci nəsil Honda Civic sedanı məhz ABŞ-da debüt etmişdi, iki ay sonra isə, ona qlobal hetçbek qoşulmuşdu. Bununla belə, Şimali Amerika bazarında Civic modelinin hibrid versiyası təklif edilmirdi, baxmayaraq ki, hibrid model Avropada və digər bazarlarda satışa çıxarılmışdı. İndi isə, planlaşdırılmış restaylinqin vaxtı gəlib çatıb və bu proses nəinki yenilənmiş görünüş, həm də Amerikadakı modifikasiya çeşidinə yenidən baxılması ilə nəticələnib.

Zahiri cəhətdən yenilənmiş avtomobilləri dəyişmiş ön tərəf sayəsində asanlıqla tanımaq olar. Duman əleyhinə işıqları olan yan bölmələr ön bamperdən yoxa çıxıb, onun dizaynı isə, bucaqlı formalar və iri torlu barmaqlıq sayəsində daha aqressiv olub. Fənərlərin çərçivələri və splitter indi kuzov rənginə boyanır, kuzov rəngi palitrasına isə, dörd yeni çalar əlavə edilib. Digər yeniliklər - tündləşdirilmiş arxa fənərlər və ikirəngli 18-düymlük təkər diskləridir.

İnteryer dəyişməz olaraq qalır. Bütün təchizat səviyyələri üçün USB-C konnektorları, hibridlər üçün isə, xüsusi boz tərtibat variantı var. Maraqlıdır ki, Amerika üçün hibridlərdə tranmsissiyanın adi selektoru (Tayland versiyalarında olduğu kimi) saxlanılıb, baxmayaraq ki, Avropada onu düyməli pult əvəzləyib.

Lakin e:HEV benzin-elektrik güc qurğusu bütün Civic modelləri üçün eynidir. O həm seriya, həm də paralel rejimdə işləyə bilər. Qurğunun tərkibinə Atkinson dövrü ilə işləyən birbaşa püskürtməli 2,0-litrlik atmosfer mühərriki və iki elektrik mühərrikin daxildir – birinci elektromotor benizn mühərrikinə qoşulub və startyor-generator rolunu oynayır, ikinci isə, ön təkərləri hərəkətə gətirir. Daxili yanma mühərriki yalnız yüksək sürətlərdə birbaşa təkərlərə bağlanır, adi sürət qutusu da yoxdur. Amerikan spesifikasiyasında sistemin ümumi hasilatı 203 at qüvvəsi və 315 Nm bərabərdir ki, bu da Avropa versiyasında olduğundan 19 at qüvvəsi daha güclüdür.

Honda hibridin dinamika baxımından çeşiddə əvəzləyəcəyi 1,5-litrlik turbomühərrik (182 at qüvvəsi, 240 Nm) və variator ilə təchiz edilmiş versiyadan daha üstün olduğunu bildirir. Lakin dəqiq ölçmələr verilmir. Eyni zamanda, 1,5-litrlik turbomühərriki və mexaniki transmissiyası olan Honda Civic Si “idman” versiyası çeşiddə qalacaq. Hibrid əlavəsi olmayan və variator ilə təchiz edilmiş 2,0-litrlik (160 at qüvvəsi, 187 Nm) mühərriki olan baza versiyası da.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Honda Civic sedanları Amerikadakı diler salonlarında iyunda peyda olacaqlar, yazın sonunda isə, onlara hetçbeklər qoşulacaqlar. Qiymətlər həmin zaman açıqlanacaqlar, lakin ABŞ mətbuatı artıq zəngin təchizatlı ilk hibridlərin başlanğıc qiymətinin 30 min dollardan çox olmayacağını gözləyir. Bu gün ABŞ-da Civic modedlinin baza versiyası 24.000 dollara başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.