Acura brendinin model çeşidində vaxtı ilə yığcam krossover olub. Düzdür, Amerikada deyil, Çində: Acura CDX modeli 2016-2022-ci illərdə orada istehsal edilib, bundan sonra Honda özünün premium brendini yerli bazardan çıxarıb. İndi oxşar avtomobil ABŞ bazarında peyda olub. Acura ADX krossoveri yerli çeşiddəki ən yığcam krossoverə çevrilib və o, yeni müştəriləri cəlb etməlidir.

Amerikada satılacaq Acura ADX krossoveri Honda HR-V modelinin premium versiyasıdır. Krossoverlər eyni təkər bazasına (2654 mm) malikdirlər, lakin daha sanballı arxa kuzov çıxışı sayəsində ADX nəzərəçarpacaq dərəcədə uzundur: 4719 millimetrə qarşı 4567 millimetr.

Avtomobillərin eni (1841 millimetr) və hündürlüyü (1621 millimetr) demək olar ki, eynidir. Acura krossoverinin görünüşü vahid korporativ üslubunda hazırlanıb. Daha çox axarlılıq üçün radiator barmaqlığında aktiv çəpərçiklər, altlıqda isə, xüsusi qalxancıqlar quraşdırılıb. Baza versiyaları 18 düymlük, A-Spec sürücü versiyası isə, 19 düymlük təkər disklərinə malikdir.

Salon tərtibatı da Honda HR-V ilə qohumluğa işarə edir, lakin interyer Acura Integra liftbəkindən tanış olan elementlərə malikdir. Günəşliyin altında 10,2 düymlük cihazlar paneli, mərkəzdə isə, media sistemin 9,0 düymlük planşeti quraşdırılıb.

O, Apple CarPlay və Android Auto simsiz protokollarını, Google və Alexa xidmətlərini dəstəkləyir, həmçinin 5G rabitəsi ilə Wi-Fi giriş nöqtəsinə malikdir. On hava yastığı, simsiz şarj sistemi, 15 dinamikli Bang & Olufsen audio sistemi, havalandırılan ön oturacaqlar, panoram dam və elektron sürücü köməkçiləri dəsti də mövcuddur. Baqajın həcmi pərdənin altında 634 litr və ya arxa sıranın qatlanması halda 1560 litrdir (EPA metoduna əsasən).

Texniki cəhətdən Acura ADX krossoveri qohum Honda HR-V modelini təkrarlayır ki, o da öz növbəsində Civic modelinə əsaslanır. Yenilik üçün, digər Honda və Acura modellərindən tanış olan yeganə 1,5 VTEC turbomühərrik bəyan edilib. Onun dəqiq parametrləri açıqlanmayıb, lakin, məsələn, bu aqreqat Integra modelində 203 at qüvvəsi və 260 Nm təklif edir. 

Transmissiya - variatordur, krossover standart olaraq ön ötürmə ilə təklif edilir, lakin əlavə ödəniş müqabilində dartma qüvvəsinin 50 faizini  arxa oxa göndərən tam ötürmə sisteni sifariş etmək olar. Bir neçə hərəkət elektronikasının bir neçə rejimi mövcuddur. Bütün versiyalarda arxada müstəqil asqı quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Acura ADX krossoverləri 2025-ci ilin əvvəlində Amerika dilerlərinə çatdırılacaqlar. Dəqiq qiymətlər hələlik açıqlanmayıb, lakin baza krossoverinin qiymətinin təxminən 35 min dollar olacağı gözlənilir. Acura Integra liftbəki üçün ən azı 33 min dollar tələb olunur, böyük Acura RDX krossoverinin qiyməti isə, ən azı 45 min dollardır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.