Alfa Romeo özünün Mille Miglia rallisindəki ilk qələbəsinə həsr etdiyi xüsusi Super Sport versiyasında olan Giulia Quadrifoglio sedanını və Stelvio Quadrifoglio krossoverini göstərib. Bu əlamətdar hadisə 1928-ci ildə baş verib – yarışın qalibi Alfa Romeo 6C 1500 SS Compressore Spider Zagato modeli olub.

Giulia Quadrifoglio Super Sport sedanının tirajı 275, Stelvio Quadrifoglio Super Sport krossoverinin isə, 175 nüsxə ilə məhdudlaşdırılıb. Texniki baxımdan, avtomobillər Quadrifoglio 100th Anniversario versiyasını təkrarlayır, üstəlik, onlar Turindəki Alfa Romeo stil mərkəzi tərəfindən hazırlanmış yeni dördyarpaqlı-loqotipi alacaqlar.

Hər iki avtomobil gücü 520 at qüvvəsinə yüksəldilmiş 2,9-litrlik V6 biturbo mühərriki, Giulia GTA modelindəki tənzimləmələrə malik olan yüksək sürtünməli differensialı, hərəkətli splitteri (yalnız Giulia sedanında) və Akrapoviç buraxılış sistemini alıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Super Sport modellərini vizual olaraq, 100 il ərzində ilk dəfə ağ fonu qaraya dəyişdirən firma emblemi, qara əyləc supportları və diametri 19 və ya 21 düym olan cilalanmış təkər diskləri sayəsində ayırd etmək olar. Kuzov boyaları palitrası yalnız üç rəngdən ibarətdir: qırmızı Rosso Etna, qara Nero Vulcano və ağ Bianco Alfa (yalnız Giulia üçün təklif olunur).

Avtomobilərin interyerinin tərtibatında, İlk dəfə olaraq, həqiqi dəri və alkantara ilə birlikdə rəngli karbon lifindən istifadə edilib. Ön paneldə üç mövzuda tərtibatı təklif edən 12,3-düymlük rəqəmsal cihazlar paneli var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Təribatlar - müasir Evolved Relax, keçən əsrin 60-70-ci illərinin Alfa Romeo modellərini xatırladan Heritage və xüsusi Race adı ilə işarələniblər. Sonuncu aktivləşdirildikdə ekranda yalnız taxometr, spidometr və avtomatik transmissiyanın mexaniki rejimi seçilibsə, pillələrin dəyişdirilməsi indikatoru göstərilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.