Beləliklə, Alfa Romeo şirkətinin taleyində fransız texnologiyalarından istifadə etmək də varmış. Tonale krossoveri Stellantis konserninin yaranmasından sonra debüt etsə də, FCA konserninin dövründə yaradılmış və buna görə də Fiat şirkətinin Small Wide platformasına əsaslanırdı. Yeni yığcam Milano krossoveri isə, birləşmədən əvvəl Fransanın PSA konserni tərəfindən hazırlanmış CMP (Common Modular Platform) arxitekturasına əsaslanır. Yəni qarşımızda Peugeot 2008, DS 3, Opel Mokka, Jeep Avenger və Fiat 600 krossoverlərinin ən yaxın qohumu dayanır.

Milano modeli ilə Alfa Romeo yığcam B seqmentinə qayıdır - yəni o, həm də Alfa Romeo MiTo hetçbekinin gecikmiş əvəzedicisidir. Lakin krossover formatı təsadüfən seçilməyib, çünki bazar daha böyük Tonale modelini yaxşı qarşılayıb: onun sayəsində ötən il Alfa Romeo avtomobillərinin satışı 30% artaraq 68 min ədədə çatıb. Beləliklə, şirkətin çeşidinə indi üç krossover və yalnız bir adi minik avtomobili daxildir.

Milano krossoverinin dizaynı üzərində italyan istehsalçısının Turindəki dizayn mərkəzinin komandası işləyib. Firma “qalxanı” yerini qoruyub, lakin indi onun barmaqlığı fərqli üsluba malik ola bilər. Fənərlərin xarakterik qövsü olan arxa tərəfin Coda Tronca (“qısaldılmış quyruq”) adlanan dizaynı keçən əsrin ortalarının Alfa Romeo avtomobillərinə ithafdır.  Matrisalı LED fənərlər və 18-düymlük təkər diskləri standart təchizata daxildirlər.

Alfa Romeo Milano krossoveri Fiat 600 və Jeep Avenger modelləri ilə eyni təkər bazasına malikdir: 2560 millimetr. Bu modellərin ümumi ölçüləri də yaxındır: Milano modelinin uzunluğu 4170 millimetr, eni - 1780 millimetr, hündürlüyü isə, 1500 millimetrdir. Bununla belə, Milano beyc-injinirinqin məhsulu hesab edilə bilməz: Alfa modelinin maili arxa şüşəsi və yüksələn pəncərə xətti olan özünəməxsus kuzovu var. Kameralar yalnız ön və arxada var, üstəlik, ikinci səviyyəli avtopilot da elan edilib - yəni zolaqda saxlama və yol nişanının tanınması funksiyaları olan adaptiv kruiz-kontrol.

Milano krossoverinin dizaynı üzərində italyan istehsalçısının Turindəki dizayn mərkəzinin komandası işləyib. Firma “qalxanı” yerini qoruyub, lakin indi onun barmaqlığı fərqli üsluba malik ola bilər. Fənərlərin xarakterik qövsü olan arxa tərəfin Coda Tronca (“qısaldılmış quyruq”) adlanan dizaynı keçən əsrin ortalarının Alfa Romeo avtomobillərinə ithafdır.  Matrisalı LED fənərlər və 18-düymlük təkər diskləri standart təchizata daxildirlər.

İnteryer Alfa Romeo üslubunda tərtibata malikdir. Məsələn, buradakı cihazlar paneli virtual olsa da (10,25-düymlük ekran), iki stilizə edilmiş “quyuda” yerləşdirilib. Media sisteminin ekranı (həmçinin 10,25-düymlük) sürücüyə tərəf çevrilib, klassik sükan çarxında üç qol var və yan havalandırma deflektorları turbinləri xatırladır. Transmissiyanın idarəolunmasına mərkəzi tuneldəki düyməli pult cavabdehdir. Əlavə ödəniş müqabilində inteqrasiya olunmuş baş dayaqları olan Sabelt ön oturacaqları təklif olunur.

Alfa Romeo Milano krossoveri üç modifikasiyaya malik olacaq. Birinci versiya hibriddir: 1,2-litrlik benzin turbomühərriki altı pilləli preselektiv “robot” və 48-voltluq elektrik mühərriki ilə tandemdə çalışır. Hibrid sistemin gücü 136 at qüvvəsinə bərabərdir. Standart olaraq hibrid ön ötürməlidir, lakin arxa oxda ayrıca 41 at qüvvəli elektrik mühərriki olan tam ötürməli Milano Ibrida Q4 versiyası da olacaq. Eyni kombinasiya Jeep Avenger modelində də peyda olmalıdır.

Milano modeli dizel mühərriki və mexaniki transmissya ilə təchiz edilməyəcək, çünki digər iki modifikasiya sırf elektrik və yalnız ön ötürməlidirlər. Alfa Romeo Milano Elettrica 156 at qüvvəli elektrik mühərrikinə və 54 kilovat/saatlıq dartma batareyasına malikdir. WLTP dövrünə əsasən, dolu batareya ilə yürüş məsafə 410 kilometrdir. 100 kilovat gücündə daimi cərəyanlı yükləmə də nəzərdə tutulub.

Modifikasiya çeşidinin zirvəsində texniki cəhətdən Abarth 600e ilə eyni olan Alfa Romeo Milano Veloce elektromobili yerləşir. O, 240 at qüvvəli elektrik mühərrikinə, özükilidlənən Torsen differensialına, gücləndirilmiş stabilizatorları olan yenidən tənzimlənmiş asqıya, 25 millimetr azaldılmış klirensə, daha kəskin sükan mexaniziminə, ön oxdakı dörd porşenli əyləclərə və 20-düymlük təkər disklərinə malikdir.

Bununla belə, Milano modelinin güclü olmayan versiyaları da sürücülərə xoş gəlməlidir, çünki onun şassisinin tənzimlənmələrinə ekstremal Giulia GTA sedanı üzərində işləyən mühəndislər komandası cavabdeh olub. Bütün modifikasiyalarda Dynamic, Natural və Advanced Efficiency presetlərinə malik olan DNA adlı firma hərəkət rejimləri sistemi var. Tam ötürməli hibrid isə, əlavə olaraq müvafiq Q4 rejiminə malikdir. Baqaj bölməsinin həcmi güc qurğusunun növündən asılıdır: hibridlərdə 415 litr, elektromobillərdə 400 litr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Milano Polşada, Stellantis konserninin Fiat 600 və Jeep Avenger modellərinin istehsal olunduğu zavodunda buraxılacaq. Avropadakı satışların başlanması sentyabr ayına planlaşdırılır. Hibrid krossoverin qiyməti 31,000 avro, elektrik versiyasının isə, ən azı 40,500 avrodan başlayacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.