İtalyan markası Brüssel avtosalonunda xüsusi Intensa seriyasından olan üç modeli nümayiş etdirib. Stelvio və Tonale krossoverləri, həmçinin 2025-ci il Giulia sedanı qara və qızılı çalarlarda olan xüsusi dekorasiyanı və “bahalı” tərtibatı alıblar. Azalan satışları artırmaq üçün hazırlanmış yeni premium tərtibatlı avtomobillərin qiyməti 44,495 dollardan başlayır.

Intensa prefiksi olan modellərin fərqləndirici xüsusiyyətləri eksteryer və interyerin xüsusi tərtibatıdır. Təkər diskləri açıq qızılı haşiyələri olan qara rəngə boyanıblar. Stelvio və Tonale - 20 düymlük, Giulia isə, 19 düymlük təkər disklərinə malikdir. Qara rəngli əyləc supportları eyni qızılı rəngli “Alfa Romeo” yazısı, yan güzgülərin korpusları isə, İtaliya bayraqları ilə bəzədilib.

Salonda alkantaradan əlavələri olan tünd qəhvəyi dəri oturacaqlar, açıq rəngli seçilən tikişləri olan başlıqlar, Alfa Romeo loqoları, həmçinin sükan çarxındakı əlavə aksentlər var. Ön oturacaqların yan tərəfləri və mərkəzi dirsəkaltı “Intensa” basmanaxışları ilə bəzədilib. Xüsusi seriyanın avtomobilləri standart olaraq alüminiumdan hazırlanmış pedallar və sükan çarxının “avarları” ilə təchiz edilirlər.

Texniki baxımından heç bir dəyişiklik yoxdur. Stelvio və Giulia 280 at qüvvəli 2,0-litrlik dördsilinrli turbomühərrik, səkkiz pilləli avtomatik transmissiya və standart tam ötürmə ilə təklif olunur. Tonale 285 at qüvvəli PHEV qurğusu və ya 268 at qüvvəli 2.0-litrlik aqreqat ilə təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

"Bahalı" dekora malik olan xüsusi seriya keçən il Alfa Romeo şirkətinin satışlarının 19% azaldığı ABŞ-da brendə olan marağı artırmalıdır. Ən sərfəli variant qiyməti 44 495 dollardan başlayan və hibrid üstqurumu olmayan Tonale modelidir. Giulia üçün ən azı 49 995 dollar, Stelvio üçün isə, 55 395 dollar tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.