Qudvudda keçirilən Sürət Festivalında Valiant kupesini idarə etmək Aston Martin F1 zavod komandasının pilotuna həvalə edilib, lakin eyni zamanda yeni modelin yaradılmasına məhz Fernando Alonsonun təkan verdiyi də məlum olub. İspan pilot Aston Martin şirkətindən bəzi unikal “fişkaları” olan adi Valor modelini almaq istədiyini etiraf edib. Ancaq onun istəklərinin siyahısının çox uzun olması orijinal modelin yaradılmasına gətirib çıxarıb.
Fernando Alonso özünü tələbkar müştəri olduğunu sübut edib: idmançı yol superkarına daha qabaqcıl kuzov dəsti əlavə etmək, arxa antiqanadı quraşdırmaq, konstruksiyanı yüngülləşdirmək və avtomobilin xarakterini dəyişmək istəyib. Hər bir fərdi təkmilləşdirmə özü-özlüyündə baha başa gəlir, üstəlik, konstruksiyaya edilən dəyişikliklər omoloqasiya tələb edir. Bununla belə, Alonsonun istəyinə uyğun olan kupeyə yaşıl işıq yandırılıb!
Bir nömrəli avtomobil ispan pilota qismət olub və daha 37 avtomobil kolleksiyaçılar tərəfindən sifariş olunub, baxmayaraq ki, çatdırılma ən azı altı ay gecikəcək. Aston Martin pərəstişkarların hətta qiymətin iki milyon funt sterlinq olması belə çəkindirməyib: qeyd etmək gərəkdir ki, yenilik orijinal Valour modelindən iki dəfə bahadır! Bununla belə, əldə edilən nəticə Fernando Alonsonun xoşuna gəlib. “Bir şah əsəri yaratdığımıza inanıram. Valiant mənim son həddə sürmək ehtirasımdan doğulub”, - ispan pilot jurnalistlərə bildirib.
Dizayn baxımından Aston Martin Valour, Valiant və Victor modelləri çox yaxındırlar: hər üç kupe 1970-ci illərin sonundakı V8 Vantage modelindən ilham alınaraq yaradılıb. Bununla belə, superkarların kolleksiya dəyərinə şübhə yoxdur: müasir standartlara görə V12 və mexaniki transmissiyanın birləşməsi nadir haldır, üstəlik, Aston Martin də tiraj məsələsində hədd-hüdudu gözləməyə üstünlük verir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.