BMW şirkəti Alpina brendinin öz portfelinə inteqrasiyasını həyata keçirməyə başlayıb. Xatırladaq ki, Bavariya avtomobil nəhəngi məşhur brendi əldə etmək prosesinə 2022-ci ildə başlayıb. Xatırladaq ki, bu brendin təsisiçisi Alpina Burkard Bovensiepen GmbH + Co. KG tüninq studiyası olub. Lakin müqavilə yalnız bu ilin 1 yanvarında qüvvəyə minib.

BMW indi Alpina markasını Mercedes-Benz şirkətinin Maybach brendinin daha idman xarakterli ekvivalentinə çevirmək niyyətindədir. Öz niyyətini təsdiq etmək üçün şirkət 2026-cı il Villa d'Este Concours d'Eleganza müsabiqəsində Alpina üçün yeni dövrün başlanğıcını elan edən prototipi – dəbdəbəli Vision BMW Alpina kupesini təqdim edib.

Yeni konsept bavariyalıların yalnız seriya modellərinin bahalı versiyalarını deyil, həm də özünəməxsus dizayna malik olan həqiqətən orijinal avtomobillər yaratmaq istəyini nümayiş etdirir. Konsept avtomobilinin xarici görünüşü Alpina brendinin üç əsas prinsipini əks etdirir: sürət, rahatlıq və zəriflik.

Bu üç prinsip 5200 millimetr uzunluğu, alçaq damı, uzun kapotu, özünəməxsus əzələli qanadları və arxaya doğru uzanan geniş diaqonal xətt olan kupe kuzovunda tərənnüm edilir. Alpine brendinin yan tərəflərdəki ənənəvi dekorativ zolaqları, eləcə də öndə 22 düymlük, arxada isə, 23 düymlük çoxmilli təkər diskləri olmadan da ötüşməyib.

Eyni zamanda, yeni model ana BMW markası ilə vizual əlaqəni qoruyub saxlayır. Kupe, 1970-ci illərin sonlarının BMW 6 Series (E24) kupesinin dizaynına işarə edən "köpəkbalığı burnuna" malikdir.

Bu, işıqlandırılan şaquli “böyrəkləri”, nazik faraları və ön bamperin nəhəng “dişlərini” ehtiva edir. Dizaynerlər həmçinin firma Hofmayster əyrisini saxlayıblar, arxa hissəni isə,  ikiqat işıq zolaqlarına bənzəyən L-formalı arxa fənərlərlə bəzəyiblər.

Vision BMW Alpina kupesinin interyeri lüks qran-turizmo kupesinə uyğun tərtibata malikdir. Salonda üzərində böyük şüşəli günbəz olan dörd fərdi oturacaq quraşdırılıb. Ön panel hazırkı BMW üslubunda dizayna malikdir: burada dördqollu sükan, alın şüşəsinin aşağısında yerləşən BMW Panoramic Vision displeyi, məlumat-əyləncə sistemi sensorlu ekran və ona inteqrasiya olunmuş ön sərnişin ekranı var.

İnteryer tərtibatında dəri, ağac və cilalanmış alüminiumdan, eləcə də Alpina brendinə xas olan mavi və yaşıl rənglərində tikişlərdən istifadə edilib. Salonda həmçinin yüksək mərkəzi konsolda gizlədilmiş büllur qədəhlər var.

Konseptin texniki xüsusiyyətləri haqqında məlumat azdır. Radiator barmaqlığının yerindəki bağlı panelə baxmayaraq, tərtibatçılar Vision BMW Alpina kupesinin orijinal V8 mühərriki ilə hərəkərə gəldiyini və onun nəcib səsinə “dördlüləli” buraxılış sisteminin cavabdeh olduğunu iddia edirlər.

Konseptin həmçinin ən azı iki idarəetmə rejiminə malik olduğu bildirilir: Speed və Comfort+.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Vision BMW Alpina kupesinin gələcəyi haqqında konkret məlumat yoxdur. Konsept gələcək Alpina modellərinin dizayn istiqamətinin sadə nümayişi olaraq qala bilər, lakin BMW artıq oxşar konseptləri kiçikmiqyaslı seriya avtomobillərinə çevirmək üzərində təcrübəyə malikdir.

Buna misal kimi, Villa d'Este Concours d'Elegance müsabiqəsindən qısa müddət sonra buraxılan tirajı 50 nüsxə ilə məhdudlaşdırılan BMW Skytop modelini göstərmək olar. Layihəyə yaşıl işıq yandırılsa, çox güman ki, o öz platformasını yeni nəsil BMW 7 Series sedanı ilə paylaşacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.