BMW şirkəti BMW Alpina XB7 Manufaktur krossoverinin xüsusi vida buraxılışını təqdim edib. Bu model, Alpina brendinin, 2022-ci ildə BMW tərəfindən özəl Alpina Burkard Bovensiepen şirkətindən alınması ilə başlayan keçid dövrünün sonunu qeyd edir.

Yeni və əvvəlki loqotip

Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, onların əməkdaşlığı 1 yanvar 2026-cı il tarixinə qədər əvvəlki kimi davam etdirilib. Bu tarixdən sonra isə, Alpina loqotipini daşıyan bütün yeni modellər BMW şirkətinin özü tərəfindən hazırlanacaq və istehsal olunacaqlar. Bu modellər Bentley və Mercedes-Maybach avtomobillərinin populyar olduğu lüks seqmentə keçmək üçün nəzərdə tutulmuş Bavariya avtomobillərinin xüsusi dəbdəbəli modifikasiyaları olacaq. Bundan əlavə, Alpina brendi üçün yeni, sadələşdirilmiş və yastılaşdırılmış loqotip artıq hazırlanıb.

Zahiri cəhətdən Alpina XB7 Manufaktur krossoveri standart versiyadan yalnız kuzovunun rəngi ilə fərqlənir. İki unikal tutqun örtük boyası mövcuddur: mavi və ya yaşıl Frozen Alpina. Onlar, tərkibinə tündləşdirilmiş rəngi olan radiator barmaqlığı, buraxılış sisteminin çıxış boruları, moldinqlər və yan tərəflərdəki xüsusi qrafika daxil olan qara Shadowline paketi ilə tamamlanır. Bundan başqa, 23 düymlük Alpina döymə təkər diskləri quraşdırılır.

Xüsusi buraxılışın interyeri tamamilə qəhvəyi Merino dərisi ilə örtülüb, baş dayaqlarını isə, mavi-yaşıl rəngli Alpina loqotipləri bəzəyir. Mərkəzi konsolda, hər kəsə krossoverin məhdud saylı buraxılışdan olduğunu xatırladan seriya nömrəsi yazılmış lövhə quraşdırılır. Krossoverin avadanlıq siyahısına ikinci cərgənin fərdi oturacaqları, Bowers & Wilkins audio sistemi, Alpina Switch-Tronic ləçəkləri və əl işi olan iki ədəd səyahət çantası daxildir.

Sonuncu XB7 modelinin kapotunun altında səkkiz pilləli avtomatik transmissiya və tam ötürmə ilə birlikdə çalışan 4,4 litrlik iki turbokompressorlu V8 mühərriki (640 at qüvvəsi, 800 Nm) yerləşir. Bu kombinasiya üç tonluq krossoveri 0-dan 100 km/saata 4,2 saniyəyə sürətləndirməyə imkan verir.  Modelin maksimal sürəti 290 km/saat həddində məhdudlaşdırılıb. Tam idarələnən şassi aktiv köndələn dayanıqlılıq stabilizatorları, adaptiv amortizatorlar, pnevmoasqı və 2,3°-yə qədər dönən arxa təkərlərə malikdir. Lazım gələrsə, avtomobil klirensi 80 millimetr aralığında tənzimləyə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpina brendinin son müstəqil modellərindən birinə sahib olmaq elə asan iş deyil. BMW Alpina XB7 Manufaktur xüsusi nəşrinin buraxılışı cəmi 120 ədədlə məhdudlaşdırılıb və onların hamısı yalnız ABŞ və Kanada bazarları üçün nəzərdə tutulub. Xüsusi nəşrin Spartanburqdakı zavoddakı istehsalına 2026-cı ilin sentyabr ayında başlanamaldır, müştərilər ilk avtomobilləri cari ilin dördüncü rübündə alacaqlar. Vida versiyasının qiyməti 180.000 dollardır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.