Alpine brendinin “idman fastbəki” adlandırdığı futurustik elektrik krossoveri bu ilin may ayının 27-də debüt edəcək. O, Nissan Ariya ilə eyni platformanı bölüşəcək, “üst” versiyada 600 at qüvvəsindən çox gücə malik olan elektrik qurğusunu və dartma vektoruna nəzarət sistemini alacaq. Yenilik zahiri cəhətdən, demək olar ki, tamamilə (daha doğrusu, 85%) qeyri-adi A390_β konseptini təkrarlayacaq.

Hələlik dərc olunmuş yeganə tizerdə A390 krossoverinin 12 üçbucaqlı LED elementi olan ön hissəsi göstərilir ki, bu da keçən ilki konseptdəki ilə demək olar ki, eynidir. Yəqin ki, A390_β konseptindən fərqlərin 15%-i əsasən interyerdə olacaq: şou-kar mərkəzi sütünü olmayan kuzova, taybatay açılan qapılara malik idi, “dizayner” oturacaqları isə, şturvalla qonşuluq edirdi. Alpine müütəxəssislıərinin ideyasına görə, avtomobili işə salmaq üçün onun mərkəzinə kristal açar daxil edilməli idi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpine A390 modelinin seriya versiyası Renault Group AmpR Medium platformasında (əvvəlki adı CMF-EV) inşa ediləcək. Bu platforma Renault Megane E-Tech və Nissan Ariya modellərinin də əsasını təşkil edir. Yenilik 2025-ci ilin sonunda satışa çıxarılacaq. A390 krossoveri Dream Garage seriyasındakı üç avtomobildən ikincisi olacaq. Birinci avtomobil A290 hetçbekidir, seriyanı isə, A110 kupesinin “yaşıl” varisi tamamlayacaq. 

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.